42) Mimika
Əldə olunmuş nəticələrə əsasən, mimika üzrə bir çox emosiyalar (qorxu, sevinc, hirs, nifrət və təəccüb) qadınlarda daha dəqiq şəkildə müəyyən olunur və duyulur. Məsələn, təəccüb ifadəsi qadınların 96 %-nin üzündə, qorxu ifadəsi 85 %-nin üzündə müşahidə olunur. Kişilərin üzündə isə yalnız dərd, qəm, fikir ifadəsi görmək olar. Dərd-qəm ifadəsi kişilərin 58 %-nin, qadınların isə 50 %-nin üzündə müşahidə olunur.

43) Sahibkarlıq
Ticarət sahəsində qadınlara daha az rast gəlmək olar. Buna səbəb sahibkarlığın adətən qərar qəbul etmə, liderlik, məsuliyyət və risklə sıx bağlı olmasıdır. Bu xüsusiyyətlər qadınlar üçün heç də əlverişli deyil.

Ticarətdə qadınların gəliri kişilərə nisbətən daha az olur. Xanımlar daha çox ailə biznesinə meyllidir. İşgüzar fəaliyyət ailə qurmayan qadınlar arasında daha yüksəkdir.
Özünü sırf işə sərf etmiş xanımların, adətən, ailə həyatı dağılır.

Qadın sahibkarın səhvləri :
• Qərar qəbul etmədə cəsarətsizlik;
• Hər şeyi özünün etməsi;
• “İş – bütün həyatın əsasını təşkil edir” mexanizmi.
Lakin daha çox uğur qazanan xanımlar, ailələrində xoşbəxt olanlardır.

44) Məqsədlər
Kişilərdən fərqli olaraq qadın üçün ünsiyyət prosesi nəticəyə nisbətən daha önəmlidir. Kişi söhbətin məqsədini bildikdə, danışığı aparmaq ona daha asan olur.
Kişilərlə eyhamla danışmaq olmaz, əgər hər hansı fikriniz varsa, onlara birbaşa demək lazımdır.

Həmsöhbətinin sözünü yarıda qoymaq, daha şox kişilərə xas olan xüsusiyyətdir. Qadınların isə sözünü kişilər iki dəfə artıq yarıda qoyur.
Qadınlar, adətən, söhbət edən adamı daha yaxşı hiss edir və anlayır.

45) Fiziki və cismi baxımdan
Kişilərin orta boy göstəricisi, qadınların orta boy göstəricisinə nisbətən daha dəyişkən olur.
Oğlanlara nisbətən qızların əzələləri 25 % daha az və fiziki iş görmə qabiliyyətləri daha aşağıdır.

Qadınlar cəldliklərinə, dərk etmə sürətinə, ətrafa həssaslığına və sürətli nitqinə görə kişilərdən üstündür.
Kişilər qadınlardan hərəkət koordinasiyasına görə və məkana bələdlilik baxımından daha üstündürlər.

Qadınlar kişilərə nisbətən iki dəfə az xəstlənir, lakin sağlamlıqları barədə daha çox narahat olur və daha çox şikayət edirlər. Qadınların ömrlərinin uzunluğu kişilərə nisbətən 7-15 il çox olur. Buna bir neçə səbəb var:
• Biloji səbəb;
• Hormonların fərqli hərəkəti;
• Qadınların yüksək ehtiyatlılığı;
• Çox emosionallıq;
• Zərərli vərdişlərin azlığı;
• Qərarın qəbulunda məsulliyətin kişilərin üzərinə qoyulması.
Qadınlar kişilərə nisbətən ağrını, dərdi, monoton həyat tərzini,maraqsız, yekrəng, darıxdırıcı fəaiyyəti daha rahat və sakit keçirirlər.

46) Qeyri-şifahi siqnallar
Qadınlarda gizli mənaya aid mətnlərə olan yüksək həssaslığın başlıca amili, qeyri-şifahi mətnləri fitrətən daha yaxşı anlamalarıdır: məsələn danışıq zamanı qadınlar kişilərə nisbətən jestlər, duruş, bədən hərəkətləri və s.-dən insanın nə demək istədiyini daha yaxşı başa düşürlər.
Bütün deyilənlər həm də onu göstərir ki, qadınlar kişilərə nisbətən danışıqları daha uğurla aparırlar.

47) Dostluq
Qadınlarda dostluq kişilərə nisbətən özünəməxsus tərzdə olur. Bu dostluq bəzi amillərə görə sonadək getmir. Belə ki, münasibətlərdə tam və sonadək getmək əsasən comərdliyə, cəsarətə aid olan xarakterik xüsusiyyətdir.

Labrüyer deyib: “Qadınlar hədsiz sevməyi bacarır, nəinki kişilər. Lakin əsl dostluğu kişilər daha yaxşı bacrırlar”.

Qadınlar dostluğa o zaman özlərini fəda edirlər ki, sevgi əvəzinə nə isə əldə edirlər. Laruşfuko deyib: “Qadınlar dostluğa ona görə laqeyddirlər ki, onlar bu məfhumu sevgi ilə müqayisədə daha bəsit görürlər”.

48) Kişi və qadın hormonları
Kişi hormonu olan testosteron insanda aqressivlik kimi xüsusisyyəti yaradır və bu kişilərin bədbəxt hadisələrlə üzləşməsinə və ömürlərinin qısa olmasına gətirib çıxarır.
Qadın hormonu estroqen qanın tərkibində olan xolesterini azaltmağa xidmət edir. Belə ki, nəticədə 40 yaşlı qadının qan damarı, 30 yaşlı kişinin qan damarı kimi olur.
Ona görə də kişilərdə daha çox baş verən qan-damar xəstəlikləri qadınlar üçün o qədər də təhlükə yaratmır.

49) İdeal qadın və kişi obrazı
İdeal qadın incə, xoş görünüşlü, yumşaq, mülayim olmalı və eyni zamanda kişi ilə münasibətdə özünü passiv və asılı etməlidir (belə ki, kişi özünü qadının yanında güclü, fəal və müvəffəqiyyətli hiss edə bilsin). Bütün bu deyilənlər kişi üçün ideal qadın obrazıdır və bu günə kimi bu xüsusiyyətlər yüksək qiymətləndirilir.

Müasir dövrümüzdə zirəklik, ağıllı və fəal olmaq qadına xas olan xüsusiyyət olsa da, bütün bu anlayışlar daha əvvəllər kişilərin monopoliyası və ya onlara aid bir cəhət kimi qiymətləndirilirdi. İndi belə xanımla ünsiyyətdə olmaq kişi üçün maraqlı, lakin eyni zamanda çətindir. Əgər ideal kişi obrazında qadınlar kişiyə aid olan bütün insani xüsusiyyətləri nəzərə alırlarsa, kişilər ideal xanım obrazına daha ənənəvi yanaşırlar. Qadın üçün kişinin, kişi üçün isə qadının şəxsiyyəti hər zaman önəmli yer tutur. Xanımın özünə əmin olması kişiyə daha dərin, yaxşı təsir qoyur, nəinki onun xoş görünüşü. Ünsiyyət əsnasında kişi xanımda onun fərdiliyini, özünəməxsusluğunu qiymətləndirməyə başlayır. Psixoloqların belə düşüncəsi də var ki, bəzən hər iki cins yar axtararkən öz valideynlərinin oxşarını tapırlar: kişi öz anasının oxşarını, qadın isə öz atasının bənzərini.

50) Qərar vermə baxımından
Qadın, adətən, hər hansı bir işi görərkən kişinin qərar verməsinə üstünlük verir. Buna səbəb məsuliyyətin kimin üzərində olmasıdır.
Bu bir növ qadının həyati üsullarından biridir.
Həmçinin qadın eyniliyi qəbul etmir. Qadın rahatlığa, aramlığa, sabitliyə və etibarlılığa meyllidir.

Qısa nəticə
Qısaca olaraq onu qeyd etmək olardı ki, qadın ilə kişi arasında fərqlər o qədər çoxdur ki, bəzən belə deməyə əsas verir ki, onlar biri-birlərindən hər şey ilə fərqlənirlər. Yer kürəsinin mövcudluğu – bir-birinə təsir edən və sarılan, eyni zamanda öz mövcudluğunu itirmədən, iki fərqli sivilizasiya, iki aləm – qadın və kişi aləmi mövcuddur.
Bir-birinə ehtiyaclı olan belə fərqli aləmlər!

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this