Müxtəlifliyin əsas mənbəyi
Kişi ilə qadın arasında olan müxtəlifliyin, fərqliliyin bir neçə səbəbi var. Bunların da başında ilk növbədə fərqli bioloji quruluş durur.
Kişi dəyişkənliyin, qadın isə nəsil davamının, artımının daşıyıcısıdır.

11) Cinslərin biokimyəvi xüsusiyyətləri
Biokimyaçılar müəyyən etmişlər ki, qadın və kişi öz kimyəvi xüsusiyyətlərinə görə fərqlənirlər. (Xüsusilə bir neçə elementlərinə görə daha kəskin şəkildə fərqlənirlər.) İngilislərin təcrübələrinə əsasən, insan saçında manqan, yod, civə, mis və xlordan başqa qızıl da mövcuddur. Belə ki, qadın saçlarında olan qızıl kişi saçına nisbətdə 5-6 dəfə çoxdur.

12) İnstinkt (duyğu)
Qadında olan analıq hissi kişidə olan atalıq hissindən daha güclü inkişaf edib. Analar bütün övladlarını – həm pisini, həm də yaxşısını sevirlər. Lakin kişilərin əsasən yaxşı, nümunəvi övladlarına məhəbbətləri güclü olur.

Uşaqlıq dövründən hər iki cinsin meylləri, maraqları və davranışları aydın görünür: qızlar uşaqlıqdan könüllü dayə olur, özlərindən kiçik uşaqlarla oynamağı xoşlayır, gəlinciklərin paltarlarını tikir, düzəldir və s. maraqları olur. Lakin oğlanlar uşaq vaxtından hərbi işlərlə, nəyisə düzəltməklə maraqlanır və eyni zamanda qızlara nisbətdə daha sərt və kobud olurlar. Digər bir misal: A.A.Bodalev məktəbəqədər uşaqlar arasında bir araşdırma aparmış və müəyyən etmişdir ki, oğlanların 60%-i sənayeyə aid, qızların isə əksəriyyəti güllər, geyim və məişət mövzusunda şəkillər çəkmişdir.

13) Ünsiyyət tələbatı
Qızlar kiçik yaşlarından daha zirək olurlar və onların nitqləri də daha iti və səlist olur. İllər keçdikcə bu xüsusiyyət onlarda qalır. Orta hesabla ünsiyyətdə qadınlar kişilərə nisbətdə yarım dəfə çox danışırlar.

14) Ünsiyyət
Ünsiyyət qadınların həyatında o qədər əhəmiyyətli yer tutur ki, əgər gün ərzində onlar söhbət etməyiblərsə, bu, xanımların ümumi gündəlik əhvalına, məhsuldarlığına və iş keyfiyyətinə təsir göstərir. Ünsiyyət qadın həyatında ən vacib vasitə və anlardan biridir. Qadın ilə kişi arasında olan ünsiyyət tələbatındakı fərqlilik bir çox vaxtlarda ailədə münaqişələrə gətirib çıxarır. Bir çox hallarda ər öz ünsiyyət tələbatını işdə olduğu zaman təmin edə bilər.

Lakin xanım üçün bu həmişə belə olmur və ya onun tələbatı daha çoxdur. Ona görə də qadın həmin əskikliyi, boşluğu evdə doldurmaq istəyir. Kişi susur və suallara qısa cavab verir və ya heç qulaq asmır. Təbii ki, qadın bu münasibətdən inciyir və ona kifayət qədər diqqət göstərmədiyini kişiyə deyir. Amma bu, bir-birinin psixologiyasının bilməzliyindən irəli gəlir. Qadın və kişiyə tövsiyə olunur ki, bu xüsusiyyətə görə bir-birləri üçün keçsinlər, güzəştə getsinlər (yəni daha mülayim yanaşsınlar).

15) Düşüncə
Kişi susaraq düşünməyə üstünlük verir və sonda nəticə olaraq sözünü deyir. Qadın isə ucadan düşünür və bu da kişi tərəfindən çox danışmaq kimi başa düşülür. Kişilər öz fikirlərini daha çətin ifadə edirlər, nəinki qadınlar.

16) Dinləmə bacarığı
Qadın diqqətlə və sonadək dinləmək qabiliyyətinə malikdir. Kişi isə qadını 10-15 saniyə diqqətlə dinləyir və axıradək dinləmədən dərhal cavablandırır.

17) Müxtəsərlik
Kişilər öz fikirlərini daha müxtəsər və qısa şəkildə bildirirlər. Qadınların isə nitqində qeyri-müəyyənlik üstünlük təşkil edir.

18) Tənqidlilik
Cəmiyyətdə qadınlar özlərinə daha tənqidi yanaşır, nəinki kişilər. Qadınlar öz xarici görünüşlərinə tənqidi yanaşır, lakin kişilər öz bacarıqlarını üstün hesab edirlər. Həmçinin kişilər öz həmsöhbətlərinə daha tənqidi münasibət bəsləyir, nəinki qadınlar.

(ardı var…)

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this