Quran:

«Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, paxıllığa yer vermə.»[1]

«Biz onların ürəklərindən kin-küdurəti çıxarıb atdıq.»[2]

Hədis:

4847. İsa (ə): «Ey dünyanın bəndələri! (Dərvişlər kimi) Başlarınızı qırxır, köynəklərinizi qısaldır, başlarınızı aşağı dikir, kini qəlblərinizdən qoparıb atmırsınız.»[3]

4848. Allahın Peyğəmbəri (s): «Mənim ümmətim bir-birinə kin bəsləməsə, heç vaxt onların arasında düşmənçilik baş qaldıra bilməz.»[4]

4849. İmam Əli(ə): «Kin pis bir toxumdur.»[5]

4850. İmam Əli (ə): «Kin yaxşı işləri aradan götürər.»[6]

4851. İmam Əli(ə): «Kinli qəlblərin ən pisi paxıl və kinli insanın ürəyidir.»[7]

 

1426.Ürəyin barələrində xəyanət və nadürüstlük etməli olmadığı şeylər.

4852. Allahın Peyğəmbəri (s): «Üç şey var ki, müsəlman insanın ürəyi onlara qarşı xəyanət və nadürüstlüyü rəva görməz:  əməlini Allah üçün saflaşdırmaq (ixlaslı etmək), xeyirxahlıq, hakimlərə nəsihət vermək və müsəlman cəmiyyəti ilə birlik. Çünki dəvət və risaləti onları hər tərəfdən əhatə etmişdir.»[8]

 

1427.Qənimətə xəyanət.

Quran:

«Heç bir peyğəmbərə (qənimətlərə) xəyanət etmək yaraşmaz. Kim nəyə xəyanət edibsə, qiyamət günündə onu özü ilə gətirər.»[9]

 

Hədis:

4853. İbn Abbas: «Heç bir peyğəmbərə yaraşmaz ki…» ayəsi Bədr döyüşü günündə itmiş qırmızı rəngli örtük barədədir. Bu zaman bəziləri demişdilər: «Bəlkə peyğəmbər (s) onu götürmüş olar.» Sonra Allah-taala bu ayəni nazil etdi: «Heç bir peyğəmbərə…»[10]

4854. Ömər: «Xeybər döyüşü günündə Peyğəmbərin (s) səhabələrindən bir dəstə gəlib dedi: «Filankəs şəhid oldu, behmankəs  şəhid oldu, filan şəxs şəhid oldu və s.» Nəhayət bir nəfərin adına çatanda dedilər ki, o da şəhid olmuşdur. Bu zaman peyğəmbər (s) buyurdu: «Yox, mən onu qənimətlərdən bir əbaya görə odda yanan gördüm.»[11]

4855. İmam Sadiq (ə): «Ğulul[12] imamdan oğurlanan hər bir şey və (eləcə də) şübhəli olduğu halda yetimin malını və bir də şübhəli olduğu halda haramı yeməkdir.»[13]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Həşr, ayə 10

[2] Hicr, ayə 47

[3] Biharul-Ənvar, c. 14, səh. 305, hədis 17

[4] Kənzul-Ummal, hədis 11044.

[5] Ğurərul-Hikəm, hədis 574.

[6] Ğurərul-Hikəm, hədis 642

[7] Ğurərul-Hikəm, hədis 2932

[8] Kənzul-Ummal, hədis 44272

[9] Ali-İmran, ayə 161.

[10] əd-Durrul Mənsur, c 2, səh. 361.

[11] ət-Tərğib vət-Tərhib, c. 2, səh. 307, hədis 4.

[12] «Ğulul» ərəb sözüdür və mənası qənimətlər bölünməmiş ondan oğurlamaq deməkdir.

[13] Təfsirul Əyyaşi ,  c.1, səh. 205, hədis 148

=’font-�p;:4��p ��o -family:”Times Latin”;mso-fareast-font-family:”MS Mincho”; mso-ansi-language:EN-US’>

 

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Ğurərul-Hikəm, hədis 196

[2] Nəhcul Bəlağə, xütbə 64

[3] Nəhcul Bəlağə, xütbə 153

[4] Nəhcul Bəlağə, xütbə 175

[5] Biharul-Ənvar, c.77, səh. 401, hədis 26

[6] Biharul-Ənvar, c.78, səh.190, hədis 1

[7] Məkarimul-Əxlaq, c.2, səh.378, hədis 2661

[8] Ğurərul-Hikəm, hədis 4269

[9] əl-Tovhid, səh. 74, hədis 27

[10] əl-Kafi, c. 3, səh. 270, hədis 14

[11] əl-Xisal, səh. 121, hədis 113

[12] Biharul-Ənvar, c. 78, səh. 115, hədis 10

[13] Ğurərul-Hikəm, hədis 8318.

[14] Ğurərul-Hikəm, hədis 8430.

[15] Ğurərul-Hikəm, hədis 5146.

[16] Ğurərul-Hikəm, hədis 2717.

[17] Ğurərul-Hikəm, hədis 2378.

[18] Nəhcül Bəlağə, hikmət 222

[19] Tuhəful-Uqul, səh.359


more post like this