541. Kin bəsləmək

1635. İmam Əli (ə) : «Kin bəsləmək eyblərin ən pisidir»[1]

1636. İmam Əli (ə) : «Kin qəzəb gətirər.»[2]

1637. İmam Əli (ə) : «Kin bəsləmək, paxıl adamların xislətidir.»[3]

1638. İmam Əli (ə) : «Kin bəsləmək elə bir oddur ki, (ona) qalib gəlməkdən başqa heç bir şeylə söndürülməz.»[4]

1639. İmam Əli (ə) : «Kin bəsləmək fitnə və narahatlıqların səbəbidir.»[5]

1640. İmam Əli (ə) : «Kinli adamın canı əzabda və qəmi ikiqat çoxdur.»[6]

1641. İmam Əli (ə) : «Kin saxlayan dostluğa sadiq deyil.»[7]

1642. İmam Hadi (ə) : «Məzəmmət və gileylənmək qəlbdə kin saxlamaqdan daha yaxşıdır.»[8]

1643. İmam Əskəri (ə) : «Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir.»[9]

 

542. Kin möminin qəlbində çox qalmaz

1644. İmam Sadiq (ə): «Kin möminin qəlbində oturaq halda olduğu vaxtacan qalar, elə ki ayağa qalxdı, kin də onun qəlbindən galxar.»[10]

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Ğurərul-Hikəm, hədis 966

[2] Ğurərul-Hikəm, hədis 530

[3] Ğurərul-Hikəm, hədis 422

[4] Ğurərul-Hikəm, hədis2203

[5] Ğurərul-Hikəm, hədis 5522

[6] Ğurərul-Hikəm, hədis 1962

[7] Ğurərul-Hikəm, hədis10436

[8] Biharul-Ənvar, c.78, səh.369, hədis 4

[9] Tuhəful-Uqul, səh.488

[10] Tuhəful-Uqul, səh.310


more post like this