Ruslan Növrəs

Kimsə verməz yerin aləmdə, Hüseyn ibni Əli!,

Qoydun aşiqlərini qəmdə, Hüseyn ibni Əli!.

 

Baxaraq hər gecəsin mahə, gözüm yaşı axar,

Qətl olub mahü-mühərrəmdə Hüseyn ibni Əli.

 

Ömrüm onsuz da keçir mahü-mühərrəmdə mənim,

Məni yad eylə bu matəmdə, Hüseyn ibni Əli!

 

Bir ağızdan deiyilib Kərbübəla şiri gəlir,

Əzm ilə cəngə girən dəmdə Hüseyn ibni Əli.

 

Elə sən aləmə bir dərsi-səxavət verdin,

O səxa yox belə Xatəmdə, Hüseyn ibni Əli.

 

Haqqını taptalayıb kim səni etmişsə şəhid,

Yanacaq nari-cəhənnəmdə, Hüseyn ibni Əli!.

 

Kim olar eşqinə Allahın elə bisərü-pa?!

O şücaətdə, o görkəmdə – Hüseyn ibni Əli.

 

Növrəsi qarşılasın həşr`də nolar, Ya Rəbb!

Həm Həsən ibni Əli, həm də Hüseyn ibni Əli.

canderyasi.com


more post like this