Ayətullah Cavad Amuli insanın özünü tanımasının zəruriliyi haqqında bəzi nöqtələrə işarə etmişdir ki, onlara nəzər salaq.

“Əgər özümüzü tanımırıqsa, deməli savadımız yoxdur.

Bütün elmlərin insanı tanımağa ehtiyacı vardır, istər ali məktəb olsun və istərsə də qeyrisi. Ali məktəblərdə tədris edilən elm ya humanitardır, ya da dəqiq elmlərdir. Humitar elm insanı tanımadan tədris edilə bilməz. Çünki bu elmin əsasında insan şəxsiyyəti durur. Dəqiq elmlərin də insanı tanımaqla birbaşa əlaqəsi olmasa da, insan üçün lazımlıdır.

O mühəndis ki, evlər və şəhərlər inşa edir, insan üçün ən yaxşı həyatın ardınca olar. Torpaqşünas, bioloq, zooloq – hər biri insanın bu mənbələrdən daha yaxşı faydalanmasına cəhd edir. Ona görə də ali məktəblərdə keçilən dərslər insanı tanımadan mümkün deyildir. Əks halda naqis olar. Quran ayələrinin bir çoxu insanın özünü tanımasının zəruriliyini vurğulayır və onu insanlığın əsl amili hesab edir. Ona görə də əgər biz özümüzü tanımasaq, öyrəndiyimiz elmdən bəhrə almayacağıq.

Bəs cəhənnəmin odunları kimlərdir?

«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (“Cinn” 15). Quran başqa yerdə buyurur ki, zalımlar cəhənnəmin odunlarıdır. Bəzi insanlar isə daxildən atəş istehsal edərlər. Onlar küfrün rəhbərləridir. Allah onlar haqqında buyurur: “Onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin”. (“Bəqərə” 24). Bu insanların atəşi özlərindəndir. “O, Allahın yanar odudur. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar)”. (“Huməzə” 6-7).

Allah heç kimi cəhənnəm odunu xəlq etməmişdir.

Allah heç kimi cəhənnəm odunu xəlq etməmişdir. O, hamını saf və şəffaf xəlq etmişdir. İnsanın özünə nəzarət etməməsi, hər nə gəldi yeməsi, hara gəldi baxması, hər nə gəldi danışması və eşitməsi yavaş-yavaş insanın qəlbini öldürər və çirkləndirər. İnsanın canı zülal dənizə bənzəyər, əgər nalayiq rəftarla çirklənməzsə, varlıq aləminin bir çox sirləri onda təcəllü edər.

Alah Təala bizə buyurur ki, Mən sizə elə bir sərmayə vermişəm ki, su kimi pak, zülal və şəffafdır. Əgər təfəkkür etsəniz, bu məsələ sizin üçün aydın olar. Ancaq əgər onu çirkləndirsəniz, onda Allah buyurar: “Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. (“Bəqərə” 18).

Əgər insan bu kövsəri hifz edə bilsə, nə kimsəni pisliyini istəyər, nə də özünü məhv edər, zülal olaraq qalar. Çox sayda sirlərdən agah olar. Haram yemək, batil fikir, başqalarına quyu qazmaq, başqalarına söyüş söymək, başqalarının heysiyyətini alçaltmaq bu kövsəri çirkləndirər.

Hər bir halda əgər biz bu kövsəri hifz etsək, hər bir elmə vaqif olarıq. Həzrət Peyğəmbər (s) buyurur: “Gecə və gündüz ərzində insan gərək az bir müddət özü ilə xəlvət etsin. Öz hesabını çəksin”.

İnsan həyatda o qədər zəhmət çəkməlidir ki, bir gün ondan soruşanda ki, nə etmisən? Deyə bilsin ki: “Allahım! Mən bu işi Sənin üçün görmüşəm. Misal üçün bir əkinçi 40 il əkib-becərər və nəhayət anbarın qapısını açan zaman görər ki, orada heç bir şey yoxdur, hər şeyi siçan yemişdir. Bu qapı bağlı olduğu üçün heç kim ora girə bilməz, deməli anbarın daxilində bir problem var.

Biz gərək hər gün hesabımızı çəkək və çünki daxilimizdəki siçanların sayı çoxdur: rüşvət, qeybət, töhmət, təkəbbür kimi. Hələ ki, fürsət var, özümüzü tanıyaq və daxilimi siçanlardan təmizləyək”. (Tebyan/Deyerler.org)

 

 

 

 

 

http://sualcavab.ge

 

 

 

 

 


more post like this