Kim onun kuyunə baş qoymasa azadə deyil,

Dərgahında canını verməsə, dildadə deyil.

Yoxluğu eşq yolunda elə ey dost qəbul,

Kimdə varlıq həvəsi var, o bəşərzadə deyil.

Biz və sən eşq yolu rəsmini hardan bilirik?

Huşu başında olan məsti-meyü-badə deyil.

Kuyuna qoymaq ayaq başa ayaq qoymaqdır,

Özünü var tanıyanlar buna amadə deyil.

Uzun illər tələb eylər tapasan yol eşqə,

Meyxana rindlərinə xas bu yol, sadə deyil.

Dərvişin xirqəsi şah tacı kimi bir şeydir,

Tac qoyan, xirqə geyən fərqi bu mənada deyil!

Rəngə, ətrə vurulan dilbər üzü görməyəcək,

Hər kimin var belə eybi, o, azadə deyil.

 

 

İmam Xomeyninin arifanə şerlərindən tərcümələr Kitabından…

 

 

 

 


more post like this