Cavab: On birinci şiə imamı həzrət Həsən Əskəri (ə) hicri-qəməri iki yüz altmışıncı ildə dünyasını dəyişdi və imamət məqamı Allahın əmri ilə onun övladı həzrət Mehdiyə (ə) keçdi. Atası dünyasını dəyişdiyi gün о hәzrәtin yаşı altıdan çox deyildi. İslam düşmənləri daim onu izləyir və istənilən bir qiymətə onun həyatına son qoymaq istəyirdilər. Beləcə, Allahın əmri ilə imam xalqın gözündən qeybə çəkildi.

Bu qeyb dövründə həzrətin həqiqi şiələri dörd xüsusi nümayəndə vasitəsi ilə həzrətə sual verib ondan yazılı cavab ala bilirdilər. Bu vəziyyət üç yüz iyirmi doqquzuncu ilədək davam etdi. Dördüncü nümayəndə vəfat etdikdən sonra xüsusi nümayəndəlik başa çatdı və şiələrin işinin idarəçiliyi, halal-haramın bəyanı, ixtilafların həlli böyük şiə fəqihlərinə həvalə olundu. İmamın nümayəndəliyi fərdi şəkildə başa çatdı və bu iş ümumi şəkildə şiə alimlərinə tapşırıldı.

İmamın kiçik qeyb dövrü hicri-qəməri iki yüz altmışıncı ildə başlayıb üç yüz iyirmi doqquzuncu ildə başa çatmışdı. Kiçik qeyb dövrü imam Həsən Əskəri (ə) vəfatından son nümayəndənin vəfatınadək olan dövrü əhatə edirdi. Hicri-qəməri üç yüz iyirmi doqquzuncu ildə başlamış böyük qeyb dövrü bu günədək davam etməkdədir. Birinci dövr ona görə kiçik adlandırılmışdır ki, həmin dövrdə əksəriyyət imamla görüşdən məhrum olsa da, nümayəndələr həzrətlə görüşə bilirdilər. Həmin dövr vaxt etibarı ilə də qısa idi. Amma son nümayəndənin vəfatından sonra artıq imamla görüş mümkünsüz oldu. İmamla bütün ünsiyyət vasitələri aradan qalxdığından və bu dövr uzun olduğundan onu böyük qeyb adlandırırlar.

 

 

 

http://sualcavab.ge

 

 

 

 


more post like this