Əvvəlki sualın cavabında deyildiyi kimi, xüms də zəkat kimi yoxsullara verilən yardımdır. Yəni hər iki yardım fəqirlərə, məhrum təbəqəyə aiddir. Sadəcə, Peyğəmbər nəslindən olan seyidilər xümsdən, başqaları isə zəkatdan pay alırlar.
Seyidlər üçün başqa bir büdcənin təyin olunması həzrət Peyğəmbər şəxsiyyətinə göstərilən hörmətdir. Seyid olmayan yoxsulların hansı büdcədən pay almasının fərqi yoxdur. Əsas məsələ odur ki, başqa yoxsullar da təmin olunurlar. Əgər seyid olmayanlar xümsdən pay almırsa, seyidlər də zəkatdan pay almır.
NUR-AZ.COM


more post like this