Ruslan Növrəs

Kaş, olan vaxt hələ dustağ ana bətnində ikən,

Azad etməzdi məni sağ, ana – bətnində ikən.

 

Əvəzində mənim o bəxtim olubdur qarə,

Nə olar rəngim olub ağ ana bətnində ikən.

 

Mən deyilkən hələ qum zərrəsi tək, çərxü-fələk,

Sinəmə çəkmiş əcəb dağ ana bətnində ikən.

 

Mən kasıblığ və səfalət nə demək dərk etdim,

Yaşayan günləri çılpağ ana bətnində ikən.

 

Doğuşundan əgər üç gün keçə gecdir – ki, gərək,

Versin övladına əxlaq, ana – bətnində ikən.

 

Təklik Allahın olub təkcə , ey insan, onçün,

Sənə hətta verir ortağ ana bətnində ikən.

 

Demə çiy süd əmib – insan o qədər nankordur,

Atır ac-ac hələ şıllağ ana bətnində ikən

 

Növrəsa, mən dəli şair gələcəm dünyayə,

Bir onu bilmədim ancağ ana bətnində ikən.

canderyasi.com


more post like this