Cavab:
“Kafirun” surəsinin mətni:
بسم االله الرحمان الرحيم
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ «1» لَا أَعْبُدُ مَا تَعْبُدُونَ «2» وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ «3» وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ «4» وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ «5» لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ «6»
Surənin ərəbcə oxununşu:
Bismillahir-rəhmanir-rəhim
1. Qul ya əyyuhəl-kafirun. 2. La əəbudu ma təbudun. 3. Və la əntum abidunə ma əəbud. 4. Və la ənə abidun ma
əbədtum. 5. Və la əntum abidunə ma əəbud. 6. Ləkum dinukum vəliyədin.
Surənin tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),
2. Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.
3. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,
4. Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.
5. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.
6. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)».
“Tövhid” surəsinin mətni:
بسم االله الرحمان الرحيم
قُلْ هُوَ اللَّهُ أَحَدٌ «1» اللَّهُ الصَّمَدُ «2» لَمْ يَلِدْ وَلَمْ يُولَدْ «3» وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ «4»
Surənin oxunuşu:
Bismillahir-rəhmanir-rəhim
1. Qul huvəllahu əhəd. 2. Əllahus-səməd. 3. Ləm yəlid və ləm yuləd. 4. Və ləm yəkun ləhu kufuvən əhəd.
Surənin tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.
2. Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.
3. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).
4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».
NUR-AZ.COM


more post like this