Cavab: Müxtəlif mənbələrdə Aşura günü imamın köməkçilərinin sayı fərqli bildirilir. Məsələn, Təbəri imamın ətrafında 100 nəfərə yaxın adamın olduğunu bildirir. Qeyd olunur ki, onlardan beşi həzrət Əlinin (ə) övladları, on altısı Bəni-Haşimi, qalanları isə müxtəlif qəbilələrdən olmuşdur.[4655] İbn Şəhr Aşub orada 82 nəfərin olduğunu bildirir.[4656]“Məsirül-əhzan” kitabında isə imamın ətrafında 100 piyada, 45 süvari olduğu nəql edilir. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə də bu say təsdiqlənir.[4657] Ən təəccüblü rəqəm isə Məsudi tərəfindən qeyd olunur. O, imam Hüseyn (ə) Kərbəlaya çatdığı anadək onun ətrafında 500 süvari və 100 piyada olduğunu qeyd edir. Bu say barədə ən məşhur məlumata əsasən Kərbəlada imamın 32 süvarisi və 40 piyadası olmuşdur. Yəni cəmi 72 nəfər![4658] Nur-az.com


more post like this