Cavab: Kərbəla şəhidləri hicrətin 61-ci ili məhərrəmin 13-də dəfn edildi. Kərbəlanın yaxınlığında yaşayan Bəni Əsəd qəbiləsi şəhidləri dəfn etmək üçün Kərbəlaya gəldilər. Lakin imam Hüseyn (əleyhissalam) və bir çox başqa şəhidlərin başları yox idi, bədənləri də tanınmaz şəkildə idi. Çarə tapmadıqları üçün narahat idilər. Bu zaman gözlənilmədən bir atlı onlara yaxınlaşaraq soruşur: “niyə bura gəlmisiniz?” Onlar dedilər: Bu cənazələri dəfn etmək üçün gəlmişik. Lakin cənazələri tanımaq mümkün deyil.
Ancaq imam Səccad (əleyhissalam)-ın vasitəsilə şəhidlərin hamısı bir-bir tanınıb dəfn edildi. imam Səccad (əleyhissalam)-ın özü isə atasının parça-parça olmuş bədənini həsirin içinə qoyub torpağa tapşırdı.
Nur-az.com


more post like this