Qurani kərimin ayələrinə və məsumların hədislərinə istinad edərək deyə bilərik ki, Kəbə evinin tikilməsindən əsas İlahi hədəf, insanların hidayət olması, ibadəti yerinə yetirmələri üçün əmr olunmuşdur. Allah Taala bu yerə bərəkət nazil edərək onu insanlar üçün yaşayış yeri təyin etmişdir. Allah- Taala Kəbəni insanlar üçün süsuk və ən uca ibadət və bəndəlik məkanı olaraq təyin etmişdir. Bundan əlavə Allah- Taala bu məkanda bəzi xüsusi əməllərin icrasını əmr etmişdir. İnsanlar bu əməli yerinə yetirməklə necə Allaha bəndə olmağı, necə ibadət etməyi, dünyadan necə üz çevirməyi, necə Allaha xalis bəndə olmağı, necə öz nəfsindən Allaha tərəf hicrət etməyi, necə o Ulu Tanrıya yaxınlaşmağı və necə tövbə etməyi öyrənirlər. Öz evini ibrahimin (ə) məqamı və insanların qibləgahı təyin edərək insanları birliyə rəvət etmişdir.
Allah- Taala bu məkanı insanların qibləgahı qərar vermişdir ki, insanlar namaz qılarkən, qurbanlıq kəsərkən və ölü dəfn edərkən üzlərini ona tərəf tutaraq vahid olan Allahı dərk etsinlər. bundan əlavə insanlar daim vahid bir məkana diqqət yetirərək vahid olan Allahı yad etsinlər.
Bu müqəddəs məkanın inşaasından əsas hədəf müsəlmanların vəhdətidir.
Qurani kərim bu müqəddəs məkanın inşaası barəsində buyurmuşdur: “Məkkə torpaqlarında insanların mənfəəti üçün ilk tikilidir. Bu insanların yer üzündə bərəkət mənbəyidir”.
Amma Kəbə evinin tikilməsinin faydasına və hədəfinə ümumi şəkildə aşağıda işarə edirik:
1). İslam dininin mərkəziyyəti
İmam Sadiq (ə) buyurmuşdur: “Allah Taala insanları yaratdı və onlara dinin göstərişlərinə əməl etməyi əmr etdi. Onların dünya işlərini də nizama saldı. Bu zaman Kəbə evini də müsəlmanlar üçün vahid ictima yeri qərar verdi ki, müsəlmanlar dünyanın hər yerindən ora cəmləşsinlər”.
Başqa bir rəvayətdə isə belə buyrulmuşdur: “Əgər qövmlər öz ölkələrindən kənara çıxmasalr, öz ölkələrində olanlarla kifayətlənsələr, ölkələr dağılar və ticarətlər aradan gedər. Bu zaman ölkələr böyük mədəni iflasa uğrayarlar”.
2). Ehtirama layiq mərkəz
Bir anlamın səngər ünvanında olması və hamının bu məktəbə ehtiramla yanaşması bir dünya məktəbi üçün zəruridir. Allah Taala bu məktəbin təməlini Peyğəmbərlərin vasitəsi ilə möhkəmləndirmiş və onun hörmətinin günbə- gün artmasını iradə etmişdir.
Qurani- kərim İbrahim Peyğəmbərin buranı məkan seçməsinin heyrətli hekayəsini nəql edərkən onun nəfsinin bu yerə hörmətlə yanaşmasını da qeyd etmişdir”. “Ey mənim Pərvərdigarım! Öz övladlarımın bəzisini (heç bir şeyi olmayan) sənin (girami) evinin yaxınlığında məskunlaşdırdım”. Əmirəl möminin də Kəbə evinin ehtiramına işarə edərək buyurmuşdur: “Görmürsünüzmü Allah- Taala Adəm Peyğəmbərdən bəri bütün insanları bir parça daşla imtahan edir? O, o evi özü üçün möhtərəm qərar verdi və Adəm övladlarına onun ətrafında təvaf etməyi əmr etdi.”
3). Əmin amanlığın təmin olunması
Müqəddəs Qurani kərimin bəyanına əsasən Kəbə evi insanların cəmləşdiyi və əmin amanlıq yeridir.
Tarix boyunca düşmənlər bu yeri xarab etmək fikrində olsalar da Allah Taalanın iradəsi buna yol verməmişdir. Allah Taala daim onların hiyləsini zərərsiz etmişdir. “Əshabi fil” və “Əbrəhənin qoşununun” dastanı tarixdə İlahi iradənin böyük nümunəsidir.
4). Həcc mərasiminin keçirilməsi
Qurani- kərim bu mərasimi böyük bir ibrət və ən qiymətli ibadət olaraq qeyd etmişdir. Həmçinin bununla yanaşı həcc mərasiminin əxlaq dəyərlərinə, iqtisadiyyata və İslam siyasətinə olan faydasını da açıqlamışdır. Qurani kərim bu barədə olan ayədə “mənafe” kəlməsindən istifadə etmişdir ki, bu da çoxlu faydaya şamil olur.
5). Bütün bu saydıqlarımızdan savayı digər faydalarda vardır ki, onları yalnız olduqca xülasə qeyd edirik:
A). Ticarət mərkəzlərinin qurulması və müsəlmanların iqtisadi inkişafı
B). Mədəni inkişafın genişlənməsi üçün münasib məkan.
C). Şirk və mübarizə etmək üçün ən münasib məkandır.
D). İslam düşmənləri ilə mübarizə aparmaq üçün ən münasib məkandır.
Q). İslam ümmətinin bir yerə cəm olması və onlara rəhbərlik etmək üçün münasib məkandır. NUR-AZ.COM




more post like this