Həzrət Peyğəmbər (s) buyurdu: Kilab ibni Murrədən sonra Kəbəni təmir edən ilk şəxs, Qusəyyə olmuşdur.
Həzrət Peyğəmbər (s) buyurdu: Ey Ayişə! Sənin bu qəbilən təzəlikcə cahiliyyətdən baş qaldırmasaydı, Kəbənin dağıdılıb çölə düşmüş hissələri ona əlavə etmək, həmçinin onu yerlə bərabərləşdirmək üçün göstəriş verər və habelə ona şərq və qərb tərəfdən iki qapı qoyaraq onu İbrahim (ə) qoyduğu əsasa çatdırardım.
Yəhya ibni Şibl nəql etmişdir ki, həzrət imam Baqir (ə) buyurub: Həzrət İbrahim (ə) və Curhum qəbiləsi zamanında Qureyş tayfasının təmirinədək Kəbənin qapısı yer yapışmışdır. Əbu Hüzəyfə ibni Müğəyrə dedi: Ey Qüreyş tayfası! Kəbənin qapısını yuxarı qaldırın ki, sizdən başqa heç kim yuxarı qalxa bilməsin və siz istədiyiniz şəxslərdən başqa heç kim ona daxil ola bilməsin. Beləliklə də sizin xoşladığınız bir şəxs ona yaxınlaşdıqda pilləkanı çəkir və onu yerə salırsız. Bu isə onu görənlər üçün ibrət dərsi olar. Qüreyş tayfası ona əməl edib, divarın yuxarı hissəsini sökərək, xalq selini Kəbədən qaytardılar və Kəbəni şəkilli Yəman parçaları ilə örtdülər.
Səid ibni Huzəli atasından nəql etmişdir ki, deyib: Qüreyş qəbiləsini cahilliyyət dövründə gördüm ki, bazar ertəsi və cümə axşamı günlərində Kəbənin qapısını açır və qapıçılar Kəbənin qapısı kənarında əyləşirdilər. Xoşlamadığı bir kəs Kəbəyə daxil olmaq istədikdə onu itələyir və bəzi vaxtlarda ölürdü. Ayaqqabı ilə Kəbəyə daxil olmur və bunu böyük sayaraq, ayaqqablarını pilləkənin altına qoyurdular.
Ayişə nəql edir ki, həzrət Peyğəmbərdən (s) soruşdum: Divar da Kəbənin bir hissəsidirmi? Buyurdu: Bəli. Dedim: Bəs nə üçün onu Kəbənin bir hissəsi saymamış və onun daxilində yerləşdirməmişdir? Buyurdu: Sənin qəbilənin bunun üçün pulu çatmayıb. Dedim: Bəs nə üçün Kəbənin qapısı hündürdür? Həzrət (s) buyurdu: Sənin qəbilən belə ediblər ki, istədiyi şəxslərə daxil olmaq üçün icazə verib, istəmədikləri üçün isə icazə verməsinlər. Sənin qəbilən yenicə cahiliyyətdən baş qaldırmasaydı və divarı Kəbənin içinə salıb, qapısını yerə yapışdırmağımı qəbul etməmələrindən qorxmasaydım, bunu əncam verərdim.
Həzrət imam Sadiq (ə) buyurub: Cahiliyyət dövründə Qüreyş tayfası Kəbəni sökdülər, amma onu yenidən tikməyə imkanları olmadı və bir sıra maneələr qarşıya çıxdı. Beləliklə də ürəkləri qorxuya düşdü. Onlardan biri dedi: Hər kəs haram yollarla qazandığı deyil, yalnız özünün halal mal-dövlətini gətirsin. Onlar bu cür etdikdə, Kəbəni tikmək də mümkün oldu. Kəbəni tikib qara daşın yerinə çatdıqda, aralarında qara daşı kim öz yerinə qoymaq üstündə söz-söhbət yarandı. Hətta aralarında şərr yaranmağa yaxınlaşdılar. Lakin nəhayətən məscidin qapısından daxil olan ilk şəxsin hakimliyinə razı oldular.
Həzrət imam Sadiq (ə) buyurub: «Cahiliyyət dövründə Qüreyş tayfası Kəbəni sökdülər, amma onu yenidən tikməyə imkanları olmadı (və bir sıra maneələr qarşıya çıxdı). Beləliklə də ürəkləri qorxuya düşdü. Onlardan biri dedi: Hər kəs haram yollarla qazandığını deyil, yalnız özünün halal mal-dövlətini gətirsin. Onlar bu cür etdikdə, Kəbəni tikmək də onlar üçün mümkün oldu. Kəbəni tikib «qara daş»-ın yerinə çatdıqda, aralarında Qara daşı yerinə qoymaq üstündə söz-söhbət yarandı. Hətta aralarında şərr yaranmağa yaxınlaşdılar. Lakin, nəhayət Məscidin qapısından daxil olub, onlara yaxınlaşdıqda bir parçanı yerə sərməyi göstəriş verdi və daha sonra daşı onun arasına qoyaraq hər qəbilədən bir nəfər onun bir guşəsindən tutub qaldırdılar. Daha sonra həzrət Peyğəmbər (s) daşı götürərək öz yerinə qoydu və Allah-taala bu işi ona məxsus etdi.

Müəllif: (adı qeyd edilməyib)
Administrator -Bismillah- (Sayta istinad vacibdir)

http://zehra-yolu.com


more post like this