Sual: 73. İzdivac üçün verilən borca xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.

Qeyd 1. Borcun hissələri ödəndikdən sonra bir yerə toplanmış məbləğə xüms düşür.

Qeyd 2. Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı

 

Sərmayə üçün götürülən borcun xümsü

Sual: 74. Sərmayəsini artırmaq üçün borc pul götürən şəxs öz borcunu ilin gəlirindən ödəyə bilərmi?

Cavab: Bütün müctəhidlərin rəyi: Xeyr, öz borcunu iş qazancından ödəyə bilməz, onun xümsünü verməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this