SƏbr vƏ dÖzüm
İmam Əli (əleyhissalam) həmişə səy edirdi ki, bacardığı qədər düşmənlərlə ortaya çıxan problemləri səbr, həvəs və dözümlə həll edib imkan dairəsində müharibəyə qol qoymasın, habelə müharibəni başlayan ilk şəxslərdən hesab olunmasın. Həzrətin müharibəsi bir növ müdafiə xarakteri daşıyırdı.
Əli (əleyhissalam)-ın ən qəddar düşməni) olan Müaviyəyə gəldikdə isə, Həzrət ilk növbədə ona müxtəlif məktublar, eləcə də bir çox qasidlər göndərdi ki, xalqın müxtəlif problemləri Allahın əmrlərinə əməl etmək yolu ilə həll edilsin.
Məsələn: İmam Əli (əleyhissalam) Şam əhlindən olan Cərir ibni Abdullaha bir məktub verib onu Müaviyənin yanına göndərdi. Cərir Əli (əleyhissalam)-ın məktubunu Müaviyəyə çatdırıb onları Həzrətin doğru yolu ilə getməyə dəvət edərək Müaviyəyə dedi: “Sən də müsəlmanların seçdikləri yolu seç! Daha demə ki, mən Şamda Osmanın valisiyəm.”
Müsəlmanların xəlifəsi Əli (əleyhissalam)-dır və gərək ona tabe olasan. Müaviyə zahir cavabında belə dedi: Bu barədə fikirəşməyin, lakin Əli (əleyhissalam)-ın onu öz vəzifəsində saxlamağa qadir olmadığını duyduqda camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldırırdı.
Cərir Müaviyədən məyus olduqda Kufəyə qayıtdı çox təəssüflər olsun ki, Kufə camaatı da ona qarşı çıxaraq Cəriri Müaviyənin tərəfdarı adlandırdılar. Bu böhtandan narahat olan Cərir Kufədən Qırqısa adasına gələrək ömrünün sonuna qədər orada yaşadı. Əli (əleyhissalam)-ın əshabı Həzrətin Müaviyə ilə müharibəyə qalxmasını təkid edirdilər. (Əlbəttə bu hazırlıq müharibə elan etmək idi). Amma Əli (əleyhissalam)-ın metodu isə başqa idi. O özünün müharibəni başlayan ilk şəxs olmasını istəmirdi. Böyük inqilabi səbr və dözümlə öz işlərini əncam verirdi. Həzrət sülh qapılarını bağlamaq istəmirdi. Cəririn Şamdan Kufəyə gəlməsini nəzərə almaqla Həzrət bu barədə əshaba belə buyurdu:
“Mənim Şam camaatı ilə müharibəyə qarşı olan səfərbərliyim onlarla sülh bağlamaq deməkdir. Eləcə də əgər yaxşı iş görmək istəsələr bu yaxşı işin yolunu onların üzünə bağlamaq mənasındadır.”
Beləliklə Əli (əleyhissalam) müharibəni ilk başlamaq təşəbbüsünü qəbul etmədi. Həmişə çalışırdı ki, adamları haqq yoluna hidayət etsin. Elə buna görə də bu yolda çox səbrli və dözümlü idi.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 


more post like this