SƏfƏrbƏrliK fƏrmanI
Zamanın çarxı hərəkətdə idi. Belə ki, 36-cı hicri ilinin şəvval ayının beşi yetişdikdə xəbər çıxdı ki, təcavüzkar Müaviyə ordu toplamağa başlamış və Əli (əleyhissalam)-ın nəzarəti altında olan ölkələrə hücum etməyi planlaşdırmışdı. İmam Əli (əleyhissalam) təcavüzkarları məğlub etməkdən ötrü silahlanmış ordu hazır etdi. Həzrət bu ordunu Nüxəylə də yerləşdirdi.
İmam Əli (əleyhissalam) Kufədən çıxdı, Nüxəylə qərargahına sarı yollanaraq orada səfərbərliyə dair çıxış etdi. Çıxışın əvvəlində Allaha həmd və səna etdikdən sonra belə buyurdu:
Agah olun! Mən öz ordumun qabaqcıllarını döyüş meydanına göndərmiş və onlara fərman vermişəm ki, Fərat çayı sahilində sonrakı əmrim onlara çatana kimi düşərgə salsınlar.
Belə səlah bilirəm ki, sudan keçib Dəclə kənarındakı müsəlmanlardan kömək istəyəm. Təki ordu bir az da möhkəmlənsin. Nəticədə isə düşmən özünün hər tərəfdən mühasirə olunduğunu görüb məğlubiyyətini hiss etsin.
Əli (əleyhissalam)-ın təchiz olunmuş ordusu Həzrətlə birlikdə Nüxəylədən Siffeynə tərəf hərəkət edərək (Sasani şahlarının paytaxtı) Mədainə yetişdilər. Müxtəlif qəsr və talar xərabələrini müşahidə etdikləri vaxt qəflətən çürümüş bir kəllə Həzrət Əli (əleyhissalam)-ın gözünə sataşdı və adamlarından birinə buyurdu:
Onu götür mənimlə gəl. Sonra Əli (əleyhissalam) Mədain qəsrinin məşhur eyvanına gəlib orada əyləşdi və bir ləyən istədi. Ləyənə bir qədər su tökdükdən sonra kəlləni gətirənə buyurdu:
Kəlləni teştin ortasına qoy. O da Həzrətin buyurduğunu yerinə yetirərək kəlləni ləyənin ortasına qoydu. Əli (əleyhissalam) cümcüməyə xitab edib buyurdu: “Ey kəllə! Səni and verirəm söylə ki, mən kiməm və sən kimsən?”
Kəllə dilə gəlib belə dedi: “Sən Möminlər ağası, Seyyidi-Övsiya və təqvalıların rəhbərisən. Mən isə Allahın kənizinin oğlu Kəsra Ənuşirəvanam Əli (əleyhissalam) ona buyurdu: İndi halın necədir?
Kəllə bir cavab söylədi ki, xülasəsi budur:
“Mən əlimin altında olanlara qarşı mehriban olsamda, ancaq Məcus dinində idim. Rəyasət və şahlığın göz qamaşdırıcıları məni iman və həqiqi dindən geri qoydu. Budur behiştdən məhrumam, cəhənnəmə giriftar olmuşam. Lakin rəiyyətlə xoşrəftar olduğuma görə cəhənnəm odundan amandayam həsrəta! Əgər mən də vaxtında iman gətirsəydim səninlə olardım, ey Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm xanədanının sərvəri və ey möminlərin ağası.
Kəllənin sözləri o qədər can yandırıcı idi ki, oradakıların hamısı ucadan ağlamağa başladılar.
Ümidimiz budur ki, bu sərgüzəşti oxumaqla hələ ölüm sorağımıza gəlməmiş özümüzü Həzrət Əli (əleyhissalam)-ın həqiqi ardıcıllarından bilək. Qoy öləndən sonra va həsrətamız göylərə yüksəlməsin.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 


more post like this