614. İxlas

Quran

«(Şeytan) Dedi:Sənin izzətinə and olsun ki, onların arasından Sənin seçilmiş və ixlasla ibadət edən bəndələrindən başqa hamısını azdıracam…»[1]

Hədis:

1869. İmam Əli (ə):«İxlas dinin ən yekun dərəcəsidir.»[2]

1870. İmam Əli (ə):«İxlas (Allaha) yaxın olan kəslərin ibadətidir.»[3]

1871. İmam Əli (ə) :«İxlas ibadətin ölçü və me‘yarıdır.»[4]

1872. İmam Əli (ə) :«İxlas imanın zirvəsidir.»[5]

1873. İmam Əli (ə):«Nicat və xilas ixlasdadır.»[6]

1874. İmam Əli (ə) :«Xoş o kəsin halına ki, əməli və elmi, dostluğu və düşmənçiliyi, götürməyi və qoymağı, nitqi və sükutu, əməli və danışığı yalnız Allah üçün ola.»[7]

 

615. İxlasın çətin olması

1875. İmam Əli (ə):«Əməli xalisləşdirmək əməlin özünü yerinə yetirməkdən çətin, əməl edənlər üçünsə niyyəti fəsaddan və qarışıqdan təmizləmək uzunmüddətli cihaddan daha ağırdır.»[8]

1876. İmam Səccad (ə):«Əməl xalisləşənədək onda sabitqədəm olmaq əməlin özündən çətindir.»[9]

 

616. İşin az, amma ixlasla olmasının kifayət etməsi

1877. «əl-Kafi» kitabından: Allah-taalanın Musaya (ə) kəlamlarından:«Ey Musa! Mənə xatir görülən hər bir işin azı çox, Məndən qeyrisi üçün yerinə yetirilən işin çoxu azdır.»[10]

1878.  Allahın Peyğəmbəri (s) :«Qəlbini xalis et, az iş sənə kifayət edər.»[11]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Sad, ayə 82, 83

[2] Ğururəl-Hikəm, hədis 727

[3] Ğururəl-Hikəm, hədis 667

[4] Ğururəl-Hikəm, hədis 859

[5] Ğururəl-Hikəm, hədis 860

[6] Tənbihul-Xəvatir, c.2, səh.154

[7] Tuhəful-Uqul, səh.100

[8] Biharul-Ənvar, c.77, səh.288, hədis1

[9] əl-Kafi, c.2, səh.16 , hədis4

[10] əl-Kafi, c.8, səh.46 , hədis8

[11] Biharul-Ənvar, c.73, səh.175 , hədis15


more post like this