678. İstixarə

2074. Allahın Peyğəmbəri (s): «Bir iş görmək niyyətində olan zaman yeddi dəfə Allahdan xeyir istə. Sonra bax, gör qəlbindən daha tez nə keçir və bil ki, xeyir ondadır, yəni ona əməl et.»[1]

2075. İmam Əli (ə): «Allahdan xeyir istəyən (istixarə edən) peşman olmaz.»[2]

2076. İmam Əli (ə): «Allahdan xeyir istə və belə etmədən heç bir işi seçmə! Çünki çox adam Allahdan xeyir istəmədən bir iş görüb və bu iş onların məhvinə səbəb olub.»[3]

2077. İmam Sadiq (ə): «Allahdan xeyir istəyən elə bir mömin bəndə olmayıb ki, Allahı onun qarşısına xoşagəlməz hadisə çıxartsa da, ona xeyir verməmiş olsun. (Çünki onun xeyri elə həmin hadisədədir).»[4]

2078. İmam Sadiq (ə) ibn Əbi Yəfurə Allahdan xeyir istəmək haqda buyurub: «Əvvəl Allahı böyüklük və əzəmətilə yad edib həmd-səna söyləyirsən, peyğəmbərə və onun Əhli-Beytinə (ə) salavat göndərdikdən sonra deyirsən: «Allahummə inni əsəlukə biənnəkə alimul-qeybi və şəhadətir-rəhmanir-rəhimi və əntə əllamül-quyub, əstə‘xirullahə və rəhmətihi (yəni, Ey Rəbbim, Sən qeybi və aşkarı bilənsən, rəhman və rəhimsən, Sən bütün sirləri bilənsən, Səndən ehtiyacımı diləyirəm. Allahdan rəhmətinin köməyi ilə xeyir istəyirəm.)»[5]

2079. İmam Sadiqin (ə) «bə‘zən bir işi görməyi qərara alıram. Onun barəsində Allahdan xeyir istəyirəm, amma fikrim bir nəticəyə çatmır.» deyən şəxsə cavabından:  «Qur‘anı aç və gördüyün ilk ayəyə uyğun olaraq Allahın istəyi ilə əməl et.»[6]

2080. İmam Sadiq (ə): «İki rəkət namaz qıl və Allahdan xeyir istə. Çünki Allaha and olsun, Rəbbindən xeyir diləyən elə bir müsəlman olmayıb ki, Allah mütləq ona xeyir və yaxşılıq bəxş etməmiş olsun.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Biharul-Ənvar, c.91, səh.265, hədis 19

[2] Ğurərul-Hikəm, hədis 9453

[3]Ğurərul-Hikəm, hədis 2346

[4] Biharul-Ənvar, c.91, səh.224, hədis 4

[5]Biharul-Ənvar c.91, səh.256, hədis 1

[6] Təhzibul-Ehkam, c.3, səh.310, hədis 960

[7] əl-Kafi, c.3, səh.470, hədis 1


more post like this