islamic mənbələri

    1. home

    2. article

    3. İsrafçılıq

    İsrafçılıq

    İsrafçılıq
    Rate this post

     

    222.İsrafçılıq

    Quran:

    «Qohum-əqrəba, yoxsul və müsafirlərin haqqını ver və heç cür israf etmə! Həqiqətən israfçılar şeytanlarla qardaşdırlar və şeytan Rəbbinə qarşı nankor idi.»[1]

    Hədis:

    749.İmam Əli (ə):«Səxavətli ol, amma israfçı olma; qənaətçi ol, amma bərk olma!»[2]

    750.İmam Əli (ə):«İsrafçılıq yoxsulluğun başlanğıcıdır.»[3]

    751.İmam Əli (ə):«İsrafçılıq müflisliklə yoldaşdır.»[4]

    752.İmam Əli (ə):«İsrafçılıqla öyünən kəs yoxsulluqla xar olar.»[5]

    753.İmam Sadiq (ə) «israfçılıq etmə» ayəsi barəsində buyurmuşdur:«Allahın itaətindən qeyri yolda bir şey xərcləyən kəs israfçı, xeyir və yaxşı yolda xərcləyən isə qənaətçidir.»[6]

    754.İmam Sadiq (ə) əbu Bəsirin «israfçılıq etmə» ayəsi barəsindəki sualının cavabında buyurmuşdur:«İnsan öz malını tələf edir və əliboş qalır.» əbu Bəsir dedi:«Deməli halal malda da israfçılıq ola bilər?» İmam (ə) buyurdu:«Bəli.»[7]

     

     

     

     

     

     

     

    Mizanulhikmətin (xülasəsi)I cild

     



    [1] İsra, ayə 26, 27

    [2] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.150

    [3] Ğurərul-Hikəm, hədis 890

    [4] Ğurərul-Hikəm, hədis 1043

    [5] Ğurərul-Hikəm, hədis 9057

    [6] Təfsir əl-Əyyaşi, c.2, səh.288, hədis 53

    [7] Təfsir əl-Əyyaşi, c.2, səh.288, hədis54