1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Cəfər (ə) belə buyurdu: Bir kəs Bəni İsrail surəsini hər cümə axşamı oxusa imam Zamanın dövrünü dərk etməmiş ölməz, və o Həzrətin dostlarından olar.
2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Bəni İsrail surəsini oxuyarkən ata və ana barəsində olan ayəni oxuyan kəsin ürəyi yumşalsa, Behiştdə ona 2400 peymanə (qab) bərabərində əcr veriləcəkdir ki, hər bir peymanə bütün dünya nemətlərindən üstündür. Ayə: “Və Qəza rəbbukə əlla təəbudu illa iyyahu vəbil validəyni ihsanən, imma yəbluğənnə indəkəl kibərə əhəduhuma əv kilahuma fəla təqulləhuma uffin, vəla tənhərhuma və qul-ləhuma qəvlən kərimən.” (İsra-23)
Hər bir çətinliyi olan kəs bu ayəni yeddi dəfə ardıcıl oxusa, müşkülü həll olar.
Uşaq gec dil danışanda, bu surəni müşk və zəfərənla yazıb yuyun. Sonra onu uşağa içirsəniz, dili açılar.

 

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this