Tovhid ideyasında hər bir şeyin əsası Allah tərəfindəndir. Ancaq bu onun ixtiyarı olmadığından xəbər vermir. Qabiliyyəti iki dəstəyə ayırmaq olar, ixtiyari və qeyri ixtiyari. İsmət bu iki dəstənin hər biri ilə əlaqəlidir. Bu məsələnin daha aydın olması üçün aşağıdakı nöqtələrə diqqət edin:

1. İnsanların qabiliyyəti maddiyat kimi sabit və dəyişilməz deyil. İnsanlar müxtəlif şəraitdə öz qabiliyyətlərini genişləndirə və ya məhdud edə bilərlər. Misal olaraq bunu deyə bilərik ki, insanın hər nə qədər elmi məlumatları artarsa onun elmi qabiliyyətləri də genişlənər. İnsan hər nə qədər çətinliklər qarşısında dözümlülük göstərərsə, bir o qədər geniş qəlbli olar.

2. İnsanın qabiliyyətinin genişlənməsinə bir hədd yoxdur. İnsan mələkdən fərqli olaraq bütün kamali üstünlüklər əldə etmək qabiliyyətinə malikdir.

3. Qabiliyyətlərin genişlənib məhdudlaşması insanın özündən aslıdır. Bəzən isə digər mühit, genetika və tərbiyə kimi amillər qabiliyyətin genişlənməsində və ya ona əngəl olmasında mühüm təsiri vardır. Məsələn: Bir ziyalı və dərrakəli insandan istedadlı və zehinli uşaq vücuda gəlir, ancaq alkoqolizm və narkotiklə məşğul olan insanın uşağının isə qabiliyyətində əngəllər yaranır. Deməli pak və əxlaqlı valideynlərin övladlarının necə formalaşmasında genetik təsiri vardır. Heç də təsadüfi deyil ki, məsumlar pak ailələrdən doğulub, ilahi müəllimlərdən təlim görüblər.

4. Yuxarıda dediklərimizdən belə anlaşılır ki, insanın şəxsiyyətinin formalaşmasında və onun istedad və qabiliyyətinin inkişaf etməsində İlahi ibadət və itaət yolunda ixtiyarla çalışqanlığın böyük rolu vardır.

 

Nəticə:

 Bütün qabiliyyətlər Allahdan qaynaqlanır;

 Allahın iradəsi hikmət və dəlilsiz deyildir. O, hər məxluqa layiq olanı ona əta edir.

 Qabiliyyətlərin Allahdan qaynaqlanması qeyri ixtiyarlılıq mənasında – (insanın ixtiyarının genişlənməsi və ya məhdudlaşması) anlamında deyildir.

Qabiliyyətin genişlənməsi və üstünlüklərin əldə olunmasında insanın iradə və ixtiyarının böyük rolu vardır.

http://sualcavab.ge


more post like this