Cavab: İslam tarixini təhlil edərkən aydın olur ki, bu bu asimani dinin sürətlə inkişafına on şey səbəb olmuşdur. Onlar aşağıdakılardır: 1) Quranın cazibədarlığı və islamın həqiqi-ilahi bir din olması. 2) Peyğəmbər (s.ə.v.v) və müsəlmanların şücaətli və səbirli olması. 3) İslam dininin yoxsullara rəğbət bəsləməsi. 4) Peyğəmbər (s.ə.v.v)-in camaat ilə məntiqi rəftarı və mehrban davranışı. 5) Peyğəmbər (s.ə.v.v)-in şəxsiyyətinin yüksək, əxlaqının əzəmətli olması və nəticədə camaatın ona tərəf cəzb olunması. 6) Peyəğmbər (s.ə.v.v)-in Allah təalaya tam təvəkkül etməsi və islamın möhkəm bir din olması. 7) Müsəlmanların şəhadəti iftixar bilib cihada rəğbət göstərmələri. 8) Bütün varlığı ilə islam yolunda vuruşan, müsəlmanların yenilməz qəhrəmanı Həzrəti Əli əleyhissalamın varlığı. 9) Qeybi yardımlar və Peyğəmbər (s.ə.v.v)-in möcüzələri. 10) Bəni-Haşim qəbiləsinin və sair qohum-əqrabanın könüllü olaraq o həzrətə yardım etmələri.
NUR-AZ.COM


more post like this