Məşvərətin mənası

Məşvərət etmək islamda xüsusi bir əhəmiyyətə malikdir.Məşvərət,yəni hansısa bir işdə başqalarından nəzər istəmək.Quran və rəvayətlərdə məşvərək lazımlı,eyni zamanda da vacib işlərdən sayılır

Məşvərətin əhəmiyyəti

Qurani Kərimdə işlərdə məşvərət etmək möminin sifətlərindən biri olaraq və namazla birgə yad edilir.
و اقاموا الصلاه و امرهم شوری بینهم و ما رزقناهم ینفقون
“O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.” (Şura sürəsi 38-ci ayə)

Hansı işlərdə məşvərət edək?

Adətən,öz işlərini başqalarıyla məsləhət-məşvərət etdikdən sonra yerinə yetirən şəxslər işlərində daha az xəta və büdrəmələrə yol verirlər.Əlbətdə,Allahın qəti hökm verdiyi işlərdə məşvərət etməyin mənası yoxdur.Ancaq,insanların öz öhdəsinə buraxılan işlərdə məşvərət etmək lazımdır.Bədr döyüşündə Allahın hökmü kafirlərlə cihad etmək idi.Ancaq İslam ordusunun hansı məntəqədə qərar tutması məsələsi müsəlmanların öz öhdəsinə buraxılmışdı.Buna görədə İslam peyğəmbəri (s) hansı məntəqədə qərar tutub-tutmaması məsələsində öz səhabələri ilə məşvərət edərək onların verdiyi nəzəri əməli olaraq həyata keçirdi.

İslam peyğəmbəri (s) məşvərət barəsində belə buyurub:
Sizin hakimlərinin sizin yaxşılarınız olsa,varlılarınız səxavətliləriniz olsa və işləriniz də məşvərətlə olsa bu zaman yerin üstü sizin üçün yerin altından daha yaxşı olacaq.Ancaq,hər zaman sizin hakimləriniz sizin pisləriniz olsa,varlılarının xəsis olsa və işləriniz də məşvərətsiz olsa,bu zaman yerin altı sizlər üçün yerin üstündən daha yaxşı olacaqdır.(Tuhuful-Uqul,səhifə 36)

İmam Əli (ə) məşvərət barəsində belə buyurub:
”1-Məşvərət hidayətdir.2-Məşvərət ağlın çırağıdır.3- Məşvərət inkişaf amilidir.4- Məşvərət edən şəxs başqalarının ağlına şərikdir.5- Məşvərət büdrəmələrdən və peşmançılıqdan amanda qalmaqdır.”

İmam Sadiq (ə) bu barədə belə buyurubdur:”Məşvərət beş şərtlə faydalı olar:1-Sənin məşvərət etdiyin şəxs aqil olsun.2- Sənin məşvərət etdiyin şəxs azad və imanlı olsun.3- Sənin məşvərət etdiyin şəxs dostun və sənə qəlbiyanan olsun.4- Sənin məşvərət etdiyin şəxs,səni lazım olan məsələdən doğru-düzgün agah etsin.Necəki,özü agahdır.(əl-Muhasin,cild 2,səhifə 602)”

İslam peyğəmbəri (s) İmam Əli (ə)-ə buyurub:”Ey Əli,qorxaq adamla məşvərət etmə ki,o,müşküllərdən çıxış yolunu sənə daraldacaqdır.Xəsis adamla məşvərət etmə ki,o,səni ehsan etməkdən və hədəfinə çatmaqdan saxlayacaqdır.Həris insanla məşvərət etmə ki,o,hərisliyi sənin gözündə zinətləndirəcəkdir.” (Biharul-Ənvar,cild 7,səhifə 34)

İmam Əli (ə) Malik Əştərə belə yazır:”Xəsis adamlarla məşvərət etmə ki,o,səni insanlara xidmət göstərməkdən saxlayar,səni kasıbçılıqla qorxudar.Qorxaq adamlarla məşvərət etmə ki,sənin mühüm işləri yerinə yetirməyə olan iradəni zəiflədər.Həris adamlarla məşvərət etmə ki,zülm və sitəmkarlığı sənin gözündə zinətləndirər.”(Nəhcül-Bəlağə 52-ci məktub)

İslam peyğəmbəri (s) məşvərət verən şəxsin vəzifələri kimi bunları bəyan edir:”Səninlə öz işində məşvərət edən şəxsin sənin üzərində olan haqqı budur ki,gərək çoxlu düşünüb-daşınasan və əgər yaxşı bir nəzərə yetişsən,bunu ona deyəsən.Əgər yaxşı bir nəzərə yetişə bilməsən,o şəxsi səndən daha yaxşı fikirləşən və səndən daha dəqiq nəzər verə bilən birisinə yönəldəsən.” (Biharul-ənvar, cild 72,səhifə 104)

İslam peyğəmbərinin (s) rəftarında başqalarıyla məşvərət etməsi olduqca çox görülmüşdür.1-Bədr,Uhud,Xəndək,Bəni Qurəyzə,Bəni Nəzir kimi müharibələrdə hərbi sahədə,2-Onun həyat yoldaşı olan Aişəyə vurulan töhmət barəsində,3-Şəxslərin təbliğə göndərilməsi və bir məntəqənin idarəsi işlərində.Bundan öncə də bildirdiyimiz kimi,Allahın öz peyğəmbərinə açıqladığı hökmlərdə məşvərət etmək heç bir məna kəsb etmir.Belə məqamlarda məşvərət etmək Allahın hökmünü rədd etmək sayılır.

Mənbələr

1-Qurani Kərim
2-Nəhcül-bəlağə
3-Biharul-Ənvar (Məclisi)
4-əl-Məhasin (əbu Cəfər Bərqi)
5-Tuhəful-Uqul (İbn Sobe Tərəni)
6-Sireye İbn Hişam (İbn Hişam)
7-əl-Məğazi (Vaqedi)


more post like this