Quranda bildirilir ki, bu ilahi hökm digər dinlərdə də olmuşdur. Başqa dinlərdən olanların oruc tutması vacib sayılmışdır. Elə indi də “əhdi-ətiq” və “əhdi-cədid” kitablarında oruc haqqında danışılır. Onlardan nümunələr göstərək:
1. Bütün dövrlərdə bütün qövmlər üçün qəm-qüssə və dözülməz əziyyət üz verdikdə oruc buyurulmuşdur;[4915]
2. Həzrət Musa qırx gün oruc tutdu;[4916]
3. Yəhud qövmü fürsət düşdükdə öz təvazölərini izhar etmək üçün oruc tutardılar ki, bu yolla Allahın razılığını qazansınlar;[4917]
4. Həzrət Məsih şagirdlərinə göstəriş verdi ki, o vəfat etdikdən sonra oruc tutacaqlar.[4918]
Yuxarıda göstərilənlər iki əhd kitabındakı buyuruqlardan parçlar idi. Daha ətraflı məlumat almaq üçün qamus kitabına müraciət edin.[4919]
[4915] “Pavros, 3: 4.
[4916] “Səfəri-təsniyyə, 9: 9.
[4917] “Səfəri-bavəran”, 20: 26.
[4918] Auqa İncili, 5: 34.
[4919] İmam Sadiq (ə) 437, 437.

NUR-AZ.COM


more post like this