Sual :İslamda sileyi-rəhmə nə dərəcədə əhəmiyyət verilir?
Cavab:
İslam sileyi-rəhmə; qohumlara yardım və məhəbbət göstərməkyə, onlara dəstək verməyə böyük əhəmiyyət verir. Qohumluq əlaqələrini kəsməyi kəskin şəkildə qadağan edir. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) aşağıdakı buyurduqlar məhz sileyi-rəhmin əhəmiyyətini əks etdirir:
صِلَةُ الرَّحِمِ تَعْمُرُ الدِّیارَ وَ تَزِیدُ فِی الأَعْمارِ وَ إِنْ کانَ أَهْلُها غَیْرَ أَخْیار
“Yerinə yetirənlər yaşxılardan olmasa belə sileyi-rəhm, şəhərləri abad edər və ömürləri uzadar. ”
İmam Sadiqdən (əleyhis-salam) nəql olunmuş hədisdə oxuyuruq:
صِلْ رَحِمَکَ وَ لَوْ بِشَرْبَة مِنْ ماء وَ أَفْضَلُ ما یُوصَلُ بِهِ الرَّحِمُ کَفُّ الأَذى عَنْها
“Qohumluq əlaqəsini hətta bir qurtum su ilə möhkəmləndir. Sileyi-rəhmin ən yaxşısı onları incitməkdən əl çəkməkdir.”
Qohumluq əlaqələrini kəsməyin günahı çoxdur. İmam Səccad (əleyhis-salam) öz övladına beş qrupla yoldaşlıq etməkdən çəkindirir. Bu beş qrupdan biri də məhz qohumlarla əlaqəni kəsməkdir. İmam buyurur:
… وَ إِیّاکَ وَ مُصاحَبَةَ الْقاطِعِ لِرَحِمِهِ فَإِنِّی وَجَدْتُهُ مَلْعُوناً فِی کِتابِ اللّهِ

“Qohumlarla əlaqələrini kəsən insanlarla dostluq etməkdən çəkin. Quran, onları məl`un və Allahın rəhmətindən uzaq sayır.”
“Məhəmməd” (səlləllahu əleyhi və alih) surəsinin 22 və 23-cü ayələrində buyurur:
فَهَلْ عَسَیْتُمْ إِنْ تَوَلَّیْتُمْ أَنْ تُفْسِدُوا فِی الأَرْضِ وَ تُقَطِّعُوا أَرْحامَکُمْ أُولئِکَ الَّذینَ لَعَنَهُمُ اللّه
«Dönsəniz, yer üzündə fəsad törədəcəniz və qohumluq əlaqələrinizi tamamilə kəssəniz; Onlardır Allahın lənət etdkləri.»
Qısası budur ki, Quran qohumluq əlaqələrini kəsən – qəti-rəhim edən şəxslərə xitabən sərt ifadələrlə çıxış edir. Hədisləri də onlar kəskin tənqid olunub.
İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alih) soruşdular:
– Allahın ən çox qəzəbinə səbəb olan əməl hansıdır?
Peyğəmbər (s) buyurdu:
– “Allaha şərik qoşmaq”.
Onlar soruşdu:
– Ondan sonra?
Peyğəmbər (s) buyurdu:
– Qəti-rəhim (qohumluq əlaqələrini kəsmək).”
İslam dininin qohumluq əlaqələrini qorumaqla bağlı bu qədər təkidi ona görədir ki, böyük cəmiyyətləri istər iqtisadi, hərbi, mənəvi və əxlaqi baxımdan islah etmək – möhkəmləndirmək, inkişaf və təkamülə çatdırmaq üçün onun kiçik qruplarından (hissələrindən) başlamaq lazımdır. Kiçik qruplar inkişaf edib güclənərsə böyük cəmiyyətlər öz-özünə islah olunacaq. İslam dini, müsəlmanların əzəməti üçün bu metoddan daha kamil şəkildə faydalanır, qrupların islahına (ailə rabitələrinin düzəlişinə) göstəriş verir. Adətən də fərdlər bir-birlərinə kömək etməklə onun daha əzəmətli olması istəyindən heç də nəsibsiz deyil. Təbii ki, qohumlardan ibarət kiçik cəmiyyətlər gücləndikcə, onların təşkil etidiyi böyük cəmiyyətlər də hər cəhətdən böyüyüb güclənəcək. Çox güman ki, qeyd etdiyimiz “sileyi-rəhm şəhərləri abad edər” (1) hədisi də o mənaya işarədir.(2)

1. “Biharul-ənvar”, cild 47, səh. 163 və 211.
2. “Təfsiri nümunə”, cild 1, səh. 195.

 

makarem.ir


more post like this