Bir neçə nöqtəyə diqqət etmək, həqiqəti tapmaq üçün bizə kömək olar.
1)- Bir çox İslam hüquq və qanunlarında, kişi və qadın arasında fərq vardır. Misal üçün əgər bir kişi mürtəd olarsa əhkam şəraiti daxilində öldürülməlidir; amma əgər qadın mürtəd (dindən çıxsa) olarsa onun hökmü ölüm deyildir və yaxud islam bəzi vəsifələri kişinin öhdəsinə qoyur ki, qadın bu vəzifələrdən azaddır. Bəzən də qadındarın öhdəsinə buraxılan vəzifələrdən kişilər azaddır.
Bu fərqlərin dəlili isə, kişiylə qadın mexanizminin fərqli olmasıdır; çünki kişiylə qadının ruhiyyəsi və əxlaqı bərabər deyildir. Buna əsasən də Allah Taala qadından gözlədiyi vəzifəni kişilərdən gözləmir.
Allah Taala qadını müəyyən bir iş üçün və kişini də müəyyən bir hədəf və məqsəd üçün yaratmışdır. Baxmayaraq ki, hər ikisi bir cinsdəndir amma heç vaxt bərabər deyildirlər. bunun üçün də Allahın ədaləti bunu tələb edir ki, onların vəzifələri də bir- birindən fərqli olsun, çünki əgər bərabər olarsa İlahi ədalətin ziddinə əməl olunmuşdur.
2)- İslam baxımından şahidlik etmək və qazıya məlumat vermək heç zaman bir məqam kimi sayılmır, bəlkə bir məsuliyyət, vəzifə və təklifdir. Yəni insanların hüquqlarının payimal olmaması üçün islam bu vəzifəni, ixtilaflı məsələlərdən məlumatı olan insanların öhdəsinə buraxmışdır ki, hakimin qarşısında həqiqəti desin və ona şəhadət versin. Bunun üçün də Quran şahidlik zamanı həqiqəti gizlətməyi haram etmişdir.
Əgər bir insanın şahidliyi məhkəmədə qəbul olunmursa, onların təklif və məsuliyyət daşımadıqları kimi hesab olunur, nəinki onların hüquqları tapdalanılır.
3)- Məlum olduğu kimi kişiylə qadının şahidliyi onların xilqət və ruhiyəsiylə bir başa əlaqəsi vardır. Baxmayaraq ki, birinin naqisliyinə və o birisinin kamilliyiylə rabitəsi yoxdur; çünki bəzi yerlərdə şəhadət qadınlara məxsus olan bir mnəsələdədir və tamamıyla kişinin şahidliyi qəbul olunmur, çünki kişi orada şahid ola bilməz. O cür ki, qadınların şəhadəti bəzi yerlərdə qəbul olunmur və yalnız kişinin şahidliyi qəbul olunur, bəzi yerlərdə isə iki qadının şahidliyini bir kişinin şəhadəti qarşısında qərar verib qəbul edir.
Bu qanunların hamısı, şəriət qanunlarıyla təbiət arasında olan qanunlar arasında olan nizam əsasında bərpa olunmuşdur. Əlbətdə əgər şəriət qanunları, təbiət aləmi və qanunlarıyla müvafiq olmazsa heç bir etibarı yoxdur. Şəriət nizamının qüdrət və qiyməti təbiət aləmində olan zərfiyyət və ölçü çərçivəsindən kənar deyildir.
Açıqlaması bundan ibarətdir ki:
Təbiət aləmində kişi və qadın arasında bir neçə cəhətdən çoxlu fərqlər vardır:
1)- Bədən və cismi cəhətdən: Kişi və qadın hər iki cins bütün bədən və cismi baxımından fərqlidirlər, istər bədən və cism ki, cinsi üzv və dünyaya gəlmələri baxımından olsun istərsə də digər cəhətlərdən olsun. Kişi və qadın bədənində tüklərin çıxması dəri altındakı piylər, dərinin zərifliyi və qalınlığı, sümüklərin quruluşu və həcmi, sümüklərdə olan maddələrin çoxluq və azlığı, əzələlərin böyüklüyü, əzələlərin gücü, beyinin həndəsi quruluşu və həcmi, ürəyin çəkisi, nəbzin vurması, qan təzyiqi, bədəndəki istilik, dəqiqədə nəfəs almağın sayı və ölçüsü, boy, çəki, səs tonu, ağ və qırmızı qan fərqləri, ağ ciyər həcmi və ölçüsü, ilkin dövürlərdə kişi və qadınlıq cisminin inkişaf ölçüsü, bir sözlə qadın və kişidə hər bir şey hətta bir tük belə fərqlidir.
2)- Həssasiyyət, atifə, meyl və əxlaq baxımından:
Psixoloqların nəzəriyyəsinə əsasən, məhəbbət, mülayim rəftar, himayət etmək qadınların xüsusiyyətidir, bunların qarşısında, müstəqillik, rəqabət, rəhbərlik və hakimiyyət etməklik isə kişilərin xüsusiyyətlərindən hesab olunur.
Bunlardan əlavə yenə də işarə olunmuşdur: Atifə və məhəbbət dolu ürək və qəlbi yumşaqlıq, gözə çarpmaq, ürək oxşamaq, gözəlliyə meylli olmaq, libas, parça, qızıl və zinət əşyalarına meylli olmaq qadınların xüsusiyyətləri hesab olunur.
Qadın təqlid etməkdə, moda pərəstlikdə, gülməkdə və ağlamaqda kişilərdən qabaqdır.
Qadınlar atifə və mehribanlıqdan daha çox bəhrələndikləri üçün, atifə və məhəbbət səhnələrindən daha çox təsirə məruz qalırlar və nəticədə daha çox həyəcanlanırlar.
O zaman ki, təbiət aləmində bu xüsusiyyətlər vardır, şəriət qanunlarında onların möhkəmlənməsi üçün (xüsusiylədə ki, o işlər ki, insanların hüquqlarına bağlıdır) çarə yolu tapmaq lazımdır ki, insanların hüquqları şahidlik olunan zaman tapdalanmasın. Burada üç surət təsəvvür olunur.
A)- Qadınlarda atifə, iffət və həyəcan üstün olduğu üçün, həyəcanlı işlərdə bəzi şeylərin unudulmasına səbəb olur; və yaxud deyilir ki, qadınlar bəzən bir məsələdə daha tez inanırlar və rahatcasına təsir altında qalırlar. Desək qadınların şahidliyinin heç bir etibarı yoxdur, və insanların hüquqları qadınların şahidliyi vasitəsiylə tapdalanır.
Bu söz mümkündür başqa bir cəhətdən başqa insanların haqlarının tapdalanmasına səbəb olsun və oda o zamandır ki, məlumat və xəbərdarlıq o məsələdə yalnız qadınlara məxsusdur.
B)- Desək ki, hər bir yerdə qadınların şəhadəti kişilərin şəhadəti kimidir və onun qədər etibarı vardır, bu söz hökmün etbarının azalmasına səbəb olur; və bir növ insanların haqları tapdalanır.
C)- Normal həll yolu: Allah Taala ki, insanları yaratdı və bütün gizli sirlərə agahdır, buyurur: O işlər ki, insanlarla əlaqəsi vardır (haqqunnas, nəinki həqqullah) qadınların şahidliyinə yer verilməsin, lakin işin möhkəmliyi üçün bir kişinin şahid olduğu yerdə iki qadının şahid olması lazımdır və yaxud iki kişi şahidin lazım olduğu yerdə dörd qadının şahidliyi lazımdır. Bir neçə şəraitdə etibarlı sayılır.
Bu yol və üçüncü nəzəriyyə ki, təbiət aləmində ədalətin özünün olmasını bildirir, islamda onu təyid edir. NUR-AZ.COM


more post like this