Hökümətin mənası

Hökümət,xalqın işlərini idarə etməyə səlahiyyəti olan bir və ya bir neçə şəxsin idarəçilik işlərini öz əlinə almasına deyilir

Hökümətin zəruriliyi

Bəşər cəmiyətinin hökümətə ehtiyacı olub-olmaması məsələsi inkar olunmaz və aydın bir faktdır.Baxmayaraq ki,bəzi insanların bu məsələ ilə bağlı başqa bir nəzəri vardır.İnsan ictimai bir varlıqdır və insanın yaratdığı ilk ictimai toplum isə ailədir. Məktəb,iş yeri,tətil və s. kimi anlayışlar cəmiyyət içərisində digər insanlarla birgə olduğu təqdirdə məna tapır.Sağlam ağıl cəmiyyətin müdir və hakimlərə ehtiyaclı olduğunu dərk etdiyindən dolayı İslam da ağılın və ilahi fitrətin hökmünə əsaslanaraq onun lazımlığına hökm verir

İslamda hökümətin hədəfləri

Heç bir şübhə yoxdur ki,İslamdini, ədaləti bərqərar etmək,insanı əsarət,istismar girdabından xilas etmək,eləcədə tağutla mübarizə etmək və zəif və güczüsləri yer üzünün varisləri etmək və Allahın hökmlərini icra etmək kimi böyük və yüksəkməramlı hədəflərdan açıqca söhbət açmışdır.Buda aydındır ki,belə bir hədəflərin həyata keçməsi üçün müqəddimə işlərinə və lazımi şəraitə ehtiyac vardır.Eləcədə bu hədəflərin həyata keçməsi üçün lazımi imkan və vasitələri hazır etmək qaçılmaz işlərdən sayılır.Sadalanan hədəflərə söykənən bir höküməti təşkil etmək bu məsələnin ən bariz həqiqətidir.

Quran və Hökümət

Qurani Kərimdə hökümət anlayışını özündə ehtiva edən bir çox kəlimələrdən istifadə olunubdur.Vilayət,Xilafət,Vəliye-əmr,Mülk və s.
ان الله یامرکم ان تودو الامنت الی اهلها و اذا حکمتم بین الناس ان تحکموا بالعدل ان الله نعما یعظکم به ان الله کان سمیعابصیرا
.”Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (Nisa sürəsi 58-ci ayə)

Həqiqi hakim kimdir?

Ancaq kimin hakim ola biləcəyi mövzusunda məktəblər arasında ixtilaflar mövcuddur.İslamda,hökümət Allaha məxsusdur.
ان الحکم الالله

“Hökm Allaha məxsusdur”
Eləcədə peyğəmbərlər insanlar arasında hökm etmək üçün səmavi kitab vasitəsiylə Allah tərəfindən məmur olublar.
و اذا دعوا الی الله و رسوله لیحکم بینهم اذا فریق منهم معرضون
“Aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun qoymaqdan) dərhal üz çevirər.”
(Nisa sürəsi 48-ci ayə)
انا انزلنا الیک الکتب بالحق لتحکم بین الناس بما ارئک الله و لاتکن للخائنین خصیما
“Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma! “
(Nisa sürəsi 105-ci ayə)

Qeyri-ilahi hökümətin nəticəsi

Günümüzdə dünyanın dörd tərəfində hökm sürən vəziyyət qeyri-ilahi hökümətin nəticəsidir və bəşəriyyətin bütün giriftarçılığı və bədbəxtliyi budur ki,o hələdə anlamayıb ki,bəşər özü tək başına höküməti idarə etməyə və insanları ədalət və səadətə çatdırmağa qadir yoxdur.Davud və Süleyman peyğəmlərin,eləcə də Mədinədə İslam peyğəmbərinin və digər vəsilərin qurduğu hökümətlər Allah hökümətinin ən bariz nümunələrindəndir.
Əlbətdə,Allah özü Qurani Kərimdə insanların bir-birləri ilə məşvərət etməli olduğunu əmr edib.Bu isə İslam demokrasiyasından xəbər verir.
وشاور هم فی الامر
“İşdə onlarla məşvərət et.”(Ali-İmran sürəsi 159-cu ayə)

Mənbələr

1.Qurani Kərim
2.Nəhcül-Bəlağə
3.Tarixi Siyasiye İslam (Rəsul Cəfəryan)
4.Sirətul Nəbəviyyə (ibn Haşim)


more post like this