islamtimes.org/az/ – Dünyanın İslam dininə və müsəlmanlara borcu, sandığından çox, daha çoxdur. İddia edilənin əksinə, İslam heç bir zaman insanlıq mədəniyyətinin inkişafına sədd çəkməmiş, xeyli xüsusi ünsür qataraq zənginləşdirib inkişafına səbəb olmuşdur. Lakin kim, İslam mədəniyyətinin insanların əhəmiyyətli bir mərhələsini təmsil etdiyini və ən az digər mərhələlər qədər qiymətli olduğunu inkar edə bilər?

Əgər bu gün İslam dünyası öz dəyərini doğru dürüst bilmirsə bunun təməl səbəbi, öz mənəvi iqlimindən uzaqlaşmış olmasıdır. İslamın parlaq əsrlərdəki müvəffəqiyyəti insani bir mədəniyyətin zəfəridir. Varlığı bütün ölçüləriylə əhatə edən İslam mədəniyyəti, insanı bütün ölçüləriylə qucaqlayan və əhatə edən bir mədəniyyətdir.

İslam dinində və mədəniyyətində qadınların xüsusi yeri var. İslamın dünyaya tanınmasında , təbliğin sürətlənməsində qadınında üzərinə böyük məsuluyyət düşür. Dinimizdə qadın azadlığını, qadının cəmiyyətdə mühüm olduğnu qeyri dinlərdə olanlara anlatmaq imkanı verir.

İslam dini
” Lakin, hicabsızlığa meyl edənlər düşünmürlər və təvəkkül etmirlər ki, onlar yalnız şeytani vəsvəsələrə alət olurlar. Nəticədə cəmiyyət özünü bəzəmək və nümayiş etmək istəyən qadının iffətli şəxsiyyətinə zərbə endirir. İstismarçı qüdrətlərin oyuncağı halına gətirilir, belə ki, təmiz və iffətli bir gənc qızın layiq olduğu möhkəm şəxsiyyətlilikdən, təmizlikdən və iffətdən uzaqlaşırlar. “
qadının dəyərli olduğunu öncə geyimidə, mədəniyyətidə, cəmiyyət içərisində davranışında görür. Gənc qızların, xanımların geyim və davranışları İslam qanunlarına uyğun olduğunda , onlarda paklıq və rahatlıq müşahidə olunar.

İslam dinində qadınlardan ilk tələb olunan onların hicablı olmalarıdır. Buda onların qorunması və həmişə qiymətli olmaları üçündür.
Beləki, gənc qız, əgər özünə hörmət edirsə , naməhrəm kişilərin qarşısında bəzənib nümayiş etməkdən qaçınmalıdır. Təcrübələrdən göründüyü kimi məlumatsız və nəfsləri zəif olan qızlar daha çox bəzənmə və özlərini nümayiş etdirməklə məşğul olurlar.

Özlərinə cazibəli görünüş verməyə çalışırlar. Lakin hicab, elə bir dəyərdir ki, ona riayət etmək gənc qıza paklıq və salamatlıq bəxş edər. Onu sədəf içindəki inci kimi, fəlakətlərin şərindən, vəsvəsələrdən və pisliklərdən qoruyar və Allaha yaxınlaşdırar.

Hicabı tənqid edən bir qurupun iddiasına görə hicab, insanın təbii bir haqqı olan azadlığını əlindən alır. Qadının insanlıq dəyərinə edilən bir növ təhqirdir. Onlara görə qadını hicablı olmağa məcbur etmək, onun azadlıq haqqına diqqətsizlik və insanlıq dəyərinə xəyanətdir.
Yəni ki, qadına zülüm etməkdir. Bütün bunlar göstərməkdədir ki, hicab ortadan qalxmalıdır.

Lakin, hicabsızlığa meyl edənlər düşünmürlər və təvəkkül etmirlər ki, onlar yalnız şeytani vəsvəsələrə alət olurlar. Nəticədə cəmiyyət özünü bəzəmək və nümayiş etmək istəyən qadının iffətli şəxsiyyətinə zərbə endirir. İstismarçı qüdrətlərin oyuncağı halına gətirilir, belə ki, təmiz və iffətli bir gənc qızın layiq olduğu möhkəm şəxsiyyətlilikdən, təmizlikdən və iffətdən uzaqlaşırlar.

Ancaq, gənc qızların hicaba müraciət etməsi onların gələcək həyatlarındakı müvəffəqiyyətlərinə səbəb olmuşdur. İffət
” Dar paltarlardan istifadə etmək və bədənin bir qisimini açmaq , gənc qızın iffət və həyasını şübhə altına alır və naməhrəmin ondan faydalanmasına səbəb olur. Gənc qız, hicaba riayət etməklə özünü Allaha yaxın edər. Çünki onun köməyi ilə təhlükəsizlik və sükunət tapar. Avara, diqqətsiz və anormal kəsləri çirkli baxışlardan məhrum edər və onları özünə hörmət olunmasına məcbur etmiş olar. Hicabını qoruyan hər kəsin yanında hörmət və ehtiramını artırmış və zillətdən xilas olmuşdur. “
və həyanın insan həyatında o qədər əhəmiyyəti vardır ki, Həzrəti Peyğəmbər (s) buyururlar : ” Həya dinin hamısıdır”. İmam Sadiq (ə) da belə buyurur : “Həyası olmayanın imanı yoxdur”.

Dar paltarlardan istifadə etmək və bədənin bir qisimini açmaq , gənc qızın iffət və həyasını şübhə altına alır və naməhrəmin ondan faydalanmasına səbəb olur.
Gənc qız, hicaba riayət etməklə özünü Allaha yaxın edər. Çünki onun köməyi ilə təhlükəsizlik və sükunət tapar. Avara, diqqətsiz və anormal kəsləri çirkli baxışlardan məhrum edər və onları özünə hörmət olunmasına məcbur etmiş olar. Hicabını qoruyan hər kəsin yanında hörmət və ehtiramını artırmış və zillətdən xilas olmuşdur.

Cavan kişilər hər nə qədər ipsiz sapsız və diqqətsiz olsalar belə, ruhlarının dərinliklərində bəzənməmiş qızlara dəyər verərlər və öz daxili aləmlərində bu cür qızları tərifləyərlər.

Bu gün mədəni sayılan dünya ölkələrində də kişi üçün belə məhdudlaşdırmalar vardır. Əgər bir kişi çılpaq olaraq cəmiyyət arasında görünsə , həm ətrafdakılar tərfindən yaxşı qarşılanmaz , həm də polis tərəfindən qarşısı alınar. Bu hərəkət cəmiyyətin dəyərlərinə qarşıdır. Belə bir şey nə köləlik mənasına gəlir, nə insanlıq dəyərinə və azadlığına zidddir, nə də zülmdür .

İnsan öz həyasını qorumallıdır. Əgər insan həyalıdırsa, həmdə yüksək mədəniyyət sahibidir. Açıq geyimlərə üstünlük vermək mədəniyyətli olmaq demək deyil. Əksinə cəmiyyət arasında lazım olmayan sərbəstliyə , riskə yol açmaqdır.

O zaman qadının İslamın təyin etdiyi qədəriylə örtülü olması onun fövqəladəliyinin və hörmətinin artmasına səbəb olar. Çünki, bu vəziyyət onu əxlaq məhrumu və kobud kəslərin hücumundan qoruyar.

Qadının bədəninin Allah tərəfindən müəyyən edilmiş hissələrini örtməsi, özünü naməhrəmlərdən qoruması vacib buyurulmuşdur. Müsəlman qadını heç bir səbəbdən baş örtüsünü açmamalıdır. Öz iffətini, İslam mədəniyyətini qorumalıdır.

ISLAMTIMES – ZƏHRA

http://www.islamtimes.org


more post like this