Ümumiyyətlə bəşəriyyət tarixində ailənin mühüm rolu olmuşdur. İnsan öz daxili və fitri ehtiyaclarını ödəmək üçün ailəyə ehtiyaclıdır. İslam dinində də ailəyə çox əhəmiyyət verilir. Qurani-Kərimin bir çox ayələrində bizə çox gözəl şəkildə çatdırılır ki, ailə necə olmalıdır. Ailə cəmiyyətin əsasını təşkil edir. Əgər cəmiyyəti bir maddə kimi təsəvvür etsək, onu təşkil edən atomlar ailə misalındadır. Atomları təşkil edən elektron və protonlar da qadın və kişilərdir. Deməli, ailənin fəsadlaşması cəmiyyətin fəsadlaşması, ailənin gözəlləşməsi cəmiyyətin gözəlləşməsi və inkişafıdır.

Ailənin vaxtında qurulmaması bir çox ictimai, şəxsi, psixoloji, fizioloji problemlərə səbəb olur. Bununla insan bir çox xəstəliklərə tutula bilər. Həmçinin insan öz cinsi ehtiyaclarını ödəmək üçün bir çox vasitələrə əl atır ki, bununla da böyük günahlara yol açır. Deməli, ailə həm dünya, həm də axirət xoşbəxtlıyinə səbəb olur.

Amma təəssüflər olsun ki, bugünkü cəmiyyətimizdə ailəyə dirnaqarası baxılmaqadadır. Evi bir növ yataqxana hesab edir, ona yalnız istirahət, yatıb-dincəlmək yeri kimi baxılır. Ailə budurmu?

Yaxud da bəziləri ailəyə hərbi hissə kimi baxır. Bəzi ailələrdə qadın komandir, yerdə qalanlar isə onun əsgər hesab olunur. Ailə budurmu?

Yaxud da bəziləri ailəni bir zavod və ya iş yerinə bənzədirlər. Burada müdir və fəhlə münasibətləri meydana çıxır. Ailə budurmu?

Yaxud da ailəyə bir növ idarə kimi baxılır. Müdir və işçı münasibətləri yaradılır. Ailə budurmu?

Bir çox yerlərdə ailəyə bir növ restoran kimi baxılır. Gəlib yeyib-içir, bir az dincəlir, durub gedirlər. Budurmu ailə?

İslamın cavabı: Xeyr, bu ailə deyil!

Qurani-Kərimin Rum surəsinin 21-ci ayəsində belə buyururlur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”

Allah-Taala bu ayədə ailənin üç əsas üzərində qurulduğunu bəyan edir: 1. Bağlılıq (dostluq); 2. Məhəbbət; 3. Mərhəmət . Deməli, İslama uyğun və Allah-Taalanın bəyəndiyi ailə bu üç əsas üzərində qurulmalıdır.

Ailənin əhəmiyyətinin digər nişanəsi insanın ailəni və yaxud qadın-kişi mübasibətlərini qüdrət əlamətlərindən hesab etməsidir.

Ailə iki insanın bərabər şəkildə yaratdığı bir qurumdur. Ailə iki bədəndə olan bir ruha bənzəyir. Allah-Taala ailəni cəhənnəm atəşindən qorunma vasitəsi kimi bəyan edir:

Təhrim surəsinin 6-cı ayəsində belə buyurur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).”

Hədislərimizdə də ailə məsələsinə çox önəmlə yanaşılmış, bir çox məsləhətlər verilmişdir. Bu da ailənin İslamda necə də önəmli olmasıni göstərir.

Peyğəmbər (s) buyurur: “Evlilik mənim sünnətimdəndir, hər kəs bunu qəbul etməzsə mənim ümmətimdən deyildir.”

Başqa bir hədisində belə buyurur: “Allahın rəhmətindən uzaqdır, Allahın rəhmətindən uzaqdır öz həyat yoldaşının və övladının haqqını zay edən.”

İmam Sadiq (ə) buyurur: “Ərinə əziyyət verən qadın Allahın rəhmətindən uzaqdır, Allahın rəhmətindən uzaqdır “.
haqyolu.com


more post like this