Cavab: İslam tarixi (hicri qəməri tarixi) Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in Məkkədən Mədinəyə hicrətindən başlanmışdır.
Əvvəllər ərəblər arasında fil ordusunun Məkkəyə hücum etdiyi il – “Amul-fil” tarixin başlanğıcı sayılırdı. (Peyğəmbər də həmin ildə anadan olmuşdur.) Əbrəhənin sərkərdəliyi ilə böyük bir fil ordusu Kəbəni dağıtmaq üçün Məkkəyə hücum etdilər, amma Allahın qeybi yardımları ilə həlak oldular. Bu zaman ərəblər həmin hadisəni öz tarixlərinin başlanğıcı təyin etmiş və onu “Amul-fil” adlandırmışdılar. Lakin sonralar Həzrəti Əli əleyhissalamın məsləhəti ilə müsəlmanların rəsmi tarixi hicrətdən hesablanıb.
Müsəlmanların müstəqil tarixi yox idi. Buna görə də islam tarixinin başlanğıcı kimi, hər mühüm hadisəni, hətta besəti götürmək istəyirdilər. Besətin əvvəllərində müsəlmanların sayı az olduğundan, həmin günü tarixin başlanğıcı təyin etmək mümkün olmadı. Lakin hicrətin birinci ilində müsəlmanlar böyük qələbə qazandılar. Mədinədə müstəqil islam hökuməti qurulduğu üçün müsəlmanlar tarixin başlanğıcını hicrətdən götürdülər. Nur-az.com


more post like this