İslam göstərişlərində insanlar nəsil artımına təşviq olunurlar. Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin, nəslinizi artırın. Çünki mən bütün ümmətim üçün, sizin artımınızla fəxr edirəm. Hətta siqt olmuş (düşmüş) körpələrinizlə!”
Uyğun buyuruğun məqsədi aydındır. Çünki bütün millətlərin qüdrəti ilk növbədə onların sayından asılıdır. Adətən, az cəmiyyətə malik olan millətlər zəif olur. Böyük cəmiyyətə malik olan ölkədə kimlərsə iqtisadi cəhətdən çətinlik çəksə də, hər halda çoxluq əzəmət nişanəsidir. Bu gün dünyada öz qüdrəti ilə tanınan əksər ölkələr çox cəmiyyətli ölkələrdir. Bir iş qalır ki, yer üzündə ərzaq problemi həll edilməmişdir. İslamda hamiləliyin qarşısının alınması məzəmmət olunur. Yalnız və yalnız valideyn övladını yetərincə tərbiyə edə bilmədikdə bu işə icazə verilir. İslamda belə bir iş haram edilməmişdir. Hər iki tərəfin razılığı ilə hamiləliyin qarşısı alına bilər. Demək, ictimai problemlər və tərbiyə çətinlikləri səbəbindən hamiləliyin qarşısının alınması mümkündür. Başqa problemlər də ola bilər. Məsələn, qadın fiziki cəhətdən zəif olduqda hamiləliyin qarşısının alınması mümkündür.
Amma qeyd etməliyik ki, hamiləliyin qarşısının alınmasında da məhdudiyyətlər vardır. Nütfə bağlandıqdan, bətində formalaşma getdikdən sonra bu işi görmək qəti şəkildə haramdır. Hətta bir günlük nütfə bağlanmışdırsa hamiləliyin qarşısı alına bilməz. NUR-AZ.COM


more post like this