Tarixi mənbələrin bildirdiyinə görə, İslam Peyğəmbərinin (s) ata-babaları hamısı bir Allaha sitayiş etmişlər. Onların İbrahim (ə) ayinində olması da bu mənadadır. Çünki, həzrət İbrahim (s) böyük tövhid qəhrəmanlarındandır və bütpərəstliklə, şirklə mübarizə aparmışdır. Həzrət İbrahim öz mübarizəsi ilə bütpərstlik və şirkin sütunlarını sarsıtmışdır. Ona görə də Quranda bəzən müsəlmanlar “İbrahim milləti”, “İbrahimin ardıcılı” adlandırılmışlar.
Hicaz mühitində və ərəblər arasında yeganə tanınmış ayin həmin İbrahim ayini olmuşdur. İbrahimin bəzi ayinləri hətta bütpərəstlər arasında da tanınmışdır. Ərəb dilində İbrahim ayininə “Hənif” dini deyirlər. Yəhudi və məsihi dini Hicaz torpaqlarına bir o qədər də nüfuz edə bilməmişdir. Təkcə Mədinədə, Xeybərdə və Yəmən sərhədlərində bir qrup kəlimi və məsihi məskunlaşmışdır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, İslam Peyğəmbərinin (s) əcdadları İbrahim ayinində olmuşlar.


more post like this