Prinsipcə bütün İslam məzhəbləri peyğəmbər nəslindən olan həzrət Mehdinin (ə) zühur məsələsini qəbul edirlər. Hamı inanır ki, dünyanın axırlarında yer üzünü zülm-sitəm bürüdükdən sonra Mehdi (ə) adlı bir şəxs zühur edib ədaləti bərpa edəcək.

a) Şiə alimlərindən-Şəhid Sədr deyir: “Həqiqətən, dünyanın ümumdünyəviləşdirilməsi istiqamətində həzrət Mehdinin (ə) zühuruna etiqad peyğəmbər hədislərində ümumi, Əhli-beyt (ə) rəvayətlərində xüsusi şəkildə bəyan olunmuşdur. Bu məsələyə o qədər böyük diqqət ayrılır ki, heç bir şəkk-şübhəyə yer qalmır…” (“Bəhsun hovlәl-Məhdi (ə)”, s. 103, 104.)

Şeyx Məhəmməd Rza Müzəffər deyir: “Dünyanın axırlarında Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühur məsələsi və yer üzü zülmə büründükdən sonra ədalətin hakim olması peyğəmbərdən mütəvatir (yetərli) şəkildə nəql olunmuşdur və rəvayət kitablarında yer tutmuş məsələlərdəndir.” (“Əqaidul-İmamiyyə”, s. 77.)

b) Sünni alimlərindən – Nasirəddin Əlbani deyir: “Bilmək lazımdır ki, Mehdi (ə) və onun zühur məsələsi haqqında bir çox etibarlı hədislər nəql olunmuşdur.”

Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad deyir: “Həqiqətən, həzrət Mehdi (ə) haqqında hədislər sünnə əhli kitablarında o qədərdir ki, bu məsələyə şübhə etmək çətin olur. Mənbələrdən xəbərsiz, elm əhlinin dedikləri ilə tanış olmayan cahil və inadkar insanlar bu məsələyə şübhə edə bilər…” (“Cəmaətul-İslamiyyə”, 3-cü say.)

Şeyx Əbdül-Əziz ibn Əbdüllah ibn Baz deyir: “Mehdi (ə) mövzusu aşkar bir mövzudur və bu mövzudakı hədislər bəlkə də mütəvatir həddədir. Elm əhli bu hədislərin təvatir həddə çatdığını bildirir…”

http://sualcavab.ge

spa�:>�+ �t, pan>

 

 

Nə üçün Quranda həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı məsələsi aşkar bəyan olunmur?

Əvvəla, Quranda bir çox əqidə və əməllə bağlı məsələlərə işarə olunmamışdır. Bu iş peyğəmbərin öhdəsinə düşmüşdür. Bununla belə, bütün əqidə və əməllərin qaynağı Qurandır.

İkincisi, Quranın bəzi ayələrindən məlum olur ki, hər bir dövrdə Allahın kamil və məsum bir höccəti mövcuddur. Bu ayələr haqqında növbəti söhbətlərimizdə danışacağıq.

 

http://sualcavab.ge

 


more post like this