İslam Peyğəmbəri (s) və digər məsumların rəvayətlərində o Həzrətin xüsusiyyətləri bəyan olunmuşdur. Biz onlardan bəzisinə işarə edirik.

O Həzrət ibadət əhli, zahid, səbrli, ədalətli və başqalarının əlindən tutan və onlara kömək edəndir.

O Həzrət, hamıdan elmli və mübarək, vücudu bərəkət çeş-məsidir.

O, bəşəriyyətə nicat verən və İslam peyğəmbərinin nəvələrin-dən Fatimə (s) övladı və İmam Hüseynin (ə) 9-cu övladıdır. Zühur etdiyi zaman Kəbəyə söykənər və Peyğəmbər (s)-in bayrağını ələ alıb öz qiyamı ilə Allahın dinini dirildər. İlahi hökmləri bütün dünyaya tətbiq edər və dünya zülmlə dolduğu zaman o Həzrət dünyanı ədalət və mehribanlıqla doldurar.

Əbu Həmzə deyir: İmam Sadiqin (ə) hüzuruna gedib, dedim:

– Əmr sahibi (İmam Mehdi) sizsinizmi?

İmam Sadiq (ə):

–Xeyr–deyə buyurdu.

–O, sizin oğlunuzdur?

İmam Sadiq (ə) yenə:

–Xeyr–deyə cavab verdi.

–O, sizin oğlunuzun oğludur?

İmam Sadiq (ə) bu dəfə də:

–Xeyr–deyə cavab verdi.

–O, kimdir?

İmam Sadiq (ə):

–O, zülmlə dolmuş yer üzünü ədalətlə dolduracaq şəxsdir. O, İmam olmayan dövrdə gələcək, necə ki, Allahın Rəsulu (s) peyğəmbər olmayan dövrdə gəldi.

İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:

“Mənim övladlarımdan olan Mehdi (əc.) qırx yaşlı bir şəxs simasındadır. Sifəti parlaq ulduz kimi parlayır və sağ yanağında qara xalı vardır”.

Rəvayətlərə görə, həzrət Mehdi (əc.) çoxlu ad və ləqəblərə malikdir. O cümlədən, Muhəmməd, Mehdi, Qaim, Müntəzər, Sahibül-əmr, Höccət, Xələfi-saleh, Seyyid, Bəqiyyətullah, Müntəqim, Əbul Qasim və s.

Bu adların hər biri onun bir xüsusiyyətinə işarədir.

–O, hidayət olunmuşdur (Məhdi). Çünki o, aşkar və gizli haqq-ədalətə hidayət olunmuşdur. Allah onu gizli tərəqqi, islahat planı və sirləri ilə agah edir.

–O, qiyamçıdır (Qaim). Çünki o, bəşər tarixində ən böyük bir qiyam qaldıracaq. Elə bir qiyam ki, başdan-başa haqq-ədalət və Allahpərəstlikdən ibarətdir.

–O, Müntəzərdir (intizarı çəkilən). Çünki bütün insanlar onun zühurunun intizarındadırlar ki, yer üzünü hər cür zülm və sitəmdən təmizləmək üçün inqilab etsin.

–O, əmr sahibidir (Sahibül-əmr). Çünki elə bir həqiqi İmamdır ki, Nisa surəsinin 59-cu ayəsinə əsasən, «Vəliyyi-əmr» (sahibi-əmr) ünvanında ona itaət etmək vacibdir.

–O, Höccətdir. Çünki bütün dünya əhalisinin ilahi höccətidir. Allah onun vasitəsilə höccəti bütün dünya əhalisinə tamamlayacaq, insanlara bəhanə yeri qoymayacaqdır.

–O, Xələfi-saleh və ağadır. Ona görə ki, İslam peyğəmbərinin və İmamların ideyasını davam etdirir. O, bu ideyanı layiqincə aşkar edir, kamil ağalıq, izzətlə hər yerdə aşkar olur, parlayır.

–O, Bəqiyyətullahdır (Allahın ehtiyatda saxladığı). Çünki o, Allah peyğəmbərinin və övliyaların sonuncu davamçısıdır. O, xalis İslam və Quranın dirçəlişi üçün əbədi azuqə və əsarət zəncir-lərindən azadlıq sərmayəsidir. O, Allahın fərmanına itaətkardır. O, bütün məkanlarda Allah adını aşkar edərək, şeytanların bütün planlarını məhv edir.

–O, Müntəqimdir (intiqam alan). Çünki sitəmkarlardan İmam Hüseynin (ə) və məzlumların intiqamını alacaq. Diqqətinizi bu barədə bir hədisə cəlb edirəm. Əbu Həmzə Sumali deyir:

İmam Baqirə (ə) dedim:

–Məgər siz hamınız qiyam edən İmamlar deyilsinizmi?

–Bəli, biz hamımız qiyam edənlərik–deyə buyurdu.

–Bəs nə üçün təkcə həzrət Mehdi (əc.) qiyam edən adlandırılmışdır?

–Babam İmam Hüseyn (ə) qətlə yetirilən vaxt mələklər ağlayıb, nalə etdilər. Allah onun nəslindən olan İmamları mələklərə göstərdi. Mələklər gördülər ki, həmin İmamlardan biri ayaq üstə dayanıb, namaz qılır. Allah-taala buyurdu:

“Hüseynin (ə) qatillərindən həmin ayaq üstə dayanan şəxsin vasitəsilə intiqam alacağam”.

 

 

 

http://sualcavab.ge

 

 

 

 


more post like this