Başqa planetlərdə yaşamaq sualı elə bir mövzudur ki, yalnız bizim ərisdə meydana həlmişdir. Bu cəhətdən də biz bu sualı iki baxışdan açıqlamaq istəyirik.
1). Görəsən başqa planetlərdə yaşamaq mümkündürmü?
Bu sualın cavabı astronomik və təbiətşunas alimlərin və mütəxəssislərin öhdəsindədir.
2). Belə təsəvvür edək ki, başqa planetlərdə yaşamaq imkanı insan üçün reallaşdı və insanlar yaşamaq üçün o yerlərə üz tutdular. Bu yerdə ikinci bir sual irəli gəlir ki, planetlərə yaşamağa gedən insanların şəri vəzifələri necə olacaqdır. Onlar onu necə yerinə yetirəcəklər?
Bu sualın cavabı isə alimlərin və fiqh mütəxəssislərinin öhdəsindədir. Onlar gərək ayə və hədislərə istinad edərək bu kimi məsələlərin həllini tapsınlar. (şükürlər olsun ki, bu məsələnin öhdəsindən layiqincə gəkmişdirlər və sualı cavablandırmışlar).
İlkin cavab budur: İslam dininin ümumi qayda- qanunlarına istinad edərkən deyə bilərik ki, başqa planetlərdə yaşamağın heç bir maneəsi yoxdur. Amma ümdə şərti də budur ki, o yerdə yaşamaq onun həyatı və başqalarının həyatı üçün təhlükə mənbəyi olmasın. Həmçinin əgər onun orada yaşamasının fərdə və ictimaiyyətə zərəri olarsa şəri baxımdan qəbahətli sayılır.
Amma əsas sual budur ki, orada insan öz şəri vəzifələrini necə yerinə yetirəcəkdir?
42Bu sualın cavabı üçün hər bir insan öz müctəhidinə müraciət edəcəkdir. (məsələn: Qiblənin hökmü, namazın beş vaxtını və sair).
Nümunə üçün böyük müctəhidlərdən biri bu barədə verilmiş suala belə cavab vermişdir: (Suala və cavaba diqqət edin). NUR-AZ.COM


more post like this