Dərin araşdırmalardan sonra bəzi İslam alimləri belə bir qərara gəlmişlər ki, hətta ilk əvvəl məcburi şəkildə yerinə yetirilən ibadətlər də getdikcə məhiyyətini dəyişir və insanda ixlas halı yaranmağa başlayır. Tutaq ki, bir şəxs bir il namazını məcbur şəkildə qılmışdır. Sonradan onda ilahi hisslər oyanmış və ibadətini ixlasla yerinə yetirmişdir. Onun əvvəlki bir ildə qıldığı namaz batildir. Çünki namazda niyyət şərtdir. Amma sonradan ilahi niyyətlə qılınan namazlar Allah dərgahında qəbuldur.
İnsanların cəmiyyət namazına vadar olunması haqqında bunu deyə bilərik ki, əgər bir cəmiyyətdə insanlar məcburi şəkildə cəmiyyət namazına gətirilirsə, onlar bütün namaz boyu onları bu cərgədə durğuzanlara qarğış da edə bilərlər. Amma əgər məcburi şəkildə gətirilən insan səmimi qəlbdən niyyət edib cəmiyyət namazına qoşulursa, təbii ki, cəmiyyət namazının savabından faydalanır. NUR-AZ.COM


more post like this