Cavab: “Loğman“ surəsinin son ayəsində Allah-taala beş şeydən- Qiyamətin vaxtı, yağışın yağması, ana bətnindəki uşağın şəxsiyyəti, insanın gələcəkdə yerinə yetirəcəyi əməllər və harada öləcəyindən yalınız özünün xəbərdar olmasını bildirir. Doğrudur, günümüzdə alimlər texnologiya vasitəsi ilə ana bətnindəki uşağın oğlan və ya qız olmasını, yaxışın yağmasını öncədən xəbər verə bilirlər. Amma bunların heç biri bu ayəyə xələl gətirmir. Çünki ana bətnindəki uşağın xoşbəxt və ya bədbəx olmasını, gələcəkdə kim olmasını, nə etməsini, yağışın nə qədər yağmasını, hara yağmasını, nəkimi faydalar verəcəyini yalınız Allah bilir. Amma qeyd edilən hallardan başqa öncədən hər hansı bir xəbərin verilməsi- zəlzələnin baş verə biləcəyini, yağışın yağması və s. mümkündür və heç bir iradı yoxdur. Nur-az.com.


more post like this