Sual: 36. Dövlətin işçilərə verdiyi qiymətli kağızlara xüms düşürmü?

Cavab: İmam (r), Xamenei və Nuri: Hədiyyə kimi olarsa xüms düşmür.

Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.

Fazil, Məkarim və Behcət: Hədiyyə şəklində olarsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xüms düşür.

Vəhid və Təbrizi: Hədiyyə şəklində, böyük və nəzərə çarpacaq dəyəri olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür. Digər hallarda xüms düşmür.

Qeyd 2. İşçilərə verilən qiymətli kağızın hədiyyə və ya maaş şəklində olması məlum olmadığı üçün cavab şərtlərlə deyilmişdir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this