İsalm savaşı deyil , sülhü sevər
islamtimes.org/az/ – İslamiyyətin hakim olduğu hər yerdə sülh və dinclik, İslamiyyətin olmadığı və ya əskik, səhf, olunduğu hər yerdə də qan və gözyaşı olmuşdur.
İslam sülh dinidir, sülhün dinidir. Hakim olduğu yerdə dinclik əminamanlıq vardır. Olmadığı yerdə isə qan və zülm.

Hal-hazırda ümimi dünya nəzər salsaq o zaman qanı axan bütün cəmiyyətlərin müsəlmaların olduğunu görərik . İraq, Azərbaycan, Əfqanıstan , Fələstin, Kosova, Bosniya, Çeçenistan, Libya, Cəzair, Tunis… Qan axıdan tərəfə baxınca ölkə adı fərqli olduğu kimi dinlərinin də eyni olmadığını görərik. Müsəlman olmayanlar.

Bu o zamana qədər belə davam edəcək ki, biz müsəlmanlar Qurana təslim olana , dincliyə çatana qədər. Allahın qəbul etdiyi , insanları dünyada dinclik və barış içində edəcək və axirətdə də cənnətə aparacaq tək din, tək yol, haqq yol olan İslamdır.

Qərblilər, ümumiyyət etibarıyla, İslamı təcavüzkar, döyüşçü bir din, müsəlmanları da inanclarını
” Bir dəfəlik bilinməlidir ki, İslam, adıyla şanıyla sülh və sakitlik dinidir. Müsəlman olan insanlar nəyə inanırsa inansın, inancı çərçivəsində dincliyə qovuşmalarına çalışar. İnanmayanları öz inancına məcbur etməz. Çünki bilər ki, məcbur etməklə qazanılan inanc, heç nəyə yaramaz və ilk fürsətdə unudular. Halbuki , İslam öncə düşünməyi sonar inam istər. “
silah gücü ilə yaymağa çalışan zorbalar olaraq tanıtdırıblar.
Müsəlmana qarşı belə təsəvvür, çox əvvəllədən bəri vardır. Bunu yaymaqda da Xristian din adamlarının böyük rolu vardır.

Bir dəfəlik bilinməlidir ki, İslam, adıyla şanıyla sülh və sakitlik dinidir. Müsəlman olan insanlar nəyə inanırsa inansın, inancı çərçivəsində dincliyə qovuşmalarına çalışar. İnanmayanları öz inancına məcbur etməz. Çünki bilər ki, məcbur etməklə qazanılan inanc, heç nəyə yaramaz və ilk fürsətdə unudular. Halbuki , İslam öncə düşünməyi sonar inam istər.

İslamın insana verdiyi yüksək dəyəri, heç bir din verə bilməmişdir.
İslam sülh və salamatlıq dini olduğu üçün sülh, daim prioritet qazanmışdır. Hz. Peyğəmbər (s), döyüşmədən əvvəl daim sülh təklif etmiş, qarşı tərəfin qəbulu halında dərhal sülh razılaşması imzalamışdır.

Müsəlmanlar başqa din mənsublarını daim himayə etmişlər və onların inanclarının yaşamaları üçün hər cür köməklik etmişlər.

İslam insanı ən qiymətli varlıq olaraq qəbul edər, günahsız insanlara qarşı edilən təcavüz və hücumları böyük günahlardan sayar. İslamda günahsız bir insanı öldürmək, bütün insanlığı öldürməkdir. Bir insanın canını xilas etmək bütün insanlığı xilas etməkdir.

Həqiqət budur ki, müsəlman ölümə deyil, yalnız həyata xidmət eder. Yalnız İslam düşmənləri döyüşlər , terorlar törədib İslam adını ləkləmək istəyirlər.
Ancaq , İslam dini heç vaxt üzərinə ləkə almayacaq və yer üzərində tək din olaraq qalacaqdır.

ISLAMTIMES – ZƏHRA

http://www.islamtimes.org


more post like this