Mirzə Əsədullah Badkubeyi

(Bakı –Abşeron bölgəsi)

Mirzə Əsədullah Badkubeyi XVIII əsrin axırlarında Bakıda dünyaya gəlmişdir. Allaha olan sonsuz eşq və məhəbbəti onu maddi aləmdən ayırıb öz ruhunu saflaşdırmaqla,nəfsini xeyirli əməllərə vadar etməklə Allaha yaxınlaşdırmağa məşğul edir. Əvvəlcə Nəcəfi-Əşrəfə gəlir və məşhur arif Nurəlişah İsfahaninin şagirdlərinə qoşulur. Mütərəqqi fikir və əqidəsinə görə burada ali dərəcədə mənəviyyata sahib olur. Mirzə Zeynəl-Abidin Şirvani onun tərcümeyi-halında belə yazır: Mirzə Əsədullah Bakı diyarının böyük ariflərindən biridir. Onun valideynləri şan-şöhrət axtaran və mənsəbpərəst idilər. Amma özü fani dünyanı tərk edərək tələbə həyatına qədəm qoyur və Nəcəfi-Əşrəfdə Nurəlişah İsfahaninin məclislərində iştirak edir. Bir neçə müddət müqəddəsməkanlarda (ziyarətgahlarda) qalır və öz məqəsdinə nail olduqdan sonra vətəninə qayıdır. Amma bir müddətdən sonra Rusiyanın Bakıda etdiyi zülm və işgəncədən xilas olmaq üçün Təbrizdə sakin olmağı özünə münasib bilir.

ceferiler.com


more post like this