Sual: 41. Yaxın qohumlardan (ata, ana və həyat yoldaşı) çatan irsə xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Xeyr.

Sual: 42. İrs qalmış əmlakın bugünkü qiyməti qalxdıqda, onu satarkən artmış miqdarın xümsü verilməlidirmi?

Cavab: İmam (r), Xamenei, Təbrizi, Sistani, Nuri, Behcət və Vəhid: Xüms düşmür.

Məkarim və Safi: Artmış miqdar satılan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda onun xümsü verilməlidir.

Fazil: Artmış miqdar ilin gəliri hesab olunur. Xüms ilindən artıq qalarsa ehtiyata əsasən xümsü verilsin.

Sual: 43. İrsi dəyərinin artması məqsədi ilə saxladıqda, satıldıqdan sonra onun qiymətinin artmış hissəsinin xümsü verilməlidirmi?

Cavab: Bütün müctəhidlərin rəyi: Bəli.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this