Din əxlaqını yaşamayan heç bir insanın həqiqi mənada xoşbəxt olması mümkün deyildir. Çünki bir insanın xoşbəxt olması üçün hər şeydən öncə vicdanən rahat olması şərtdir. Yəni qəlbinə sıxıntı verəcək, ağlını məşqul edəcək, peşmanlıq içində yaşamasına səbəb olacaq bir vəziyyət içində olmamalıdır. Vicdanın rahat olması isə sadəcə bir şəkildə mümkündür; bu da din əxlaqının yaşanmasıdır. Çünki vicdan Allahın əmrindədir və insana daimi olaraq Allaha iman etməyi, dinin hökmlərini yerinə yetirməyi və gözəl əxlaqlı olmağı əmr edir. Bu səbəblə bütün həyatı boyunca vicdanının bu əmrinə qarşı mübarizə aparan dinsiz bir insanın xoşbəxt olması mümkün deyildir. Allah insanın qəlb rahatlığını və gerçək hüzuru yalnızca, Allaha imanla əldə edə biləcəyini bildirmişdir :
O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar.(Rəd surəsi, 28)

http://sualcavab.ge/


more post like this