Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər.
1). Səbəbsiz bir şeyin baş verməsi.
Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin olmasını isbat edir.
Yəni dünyada baş verən hər bir felin bir səbəbi vardır. Amma bu səbəblərin hamısı xoşa gələn deyildir. Mümkündür bu səbəblərin içində ədalətsiz və ədalətli səbəblər olsun. Amma bu səbəblərin baş verməsi xüsusi bir təfəkkürün nişanəsidir. Yəni:
A). İctimaiyyətdə ədalətsizliyin baş verməsi hüquqlara uyğun əməl olunmamasından xəbər verir.
B). Rahatlıq və asudəlik tələb etmək ruhiyyəsi ictimaiyyətdə olan bəzi insanların şans və bəxt kəlmələrindən bəhrələnməklərinə səbəb olur.
C). Bəzi zalım hakimlər bəxt və şans təbliğ etməklə insanlara mövcud olan vəziyyətin onların qüdrətindən xaric olduğunu təlqin etmək istəyirdilər. yəni hakimiyyətin bu günkü vəziyyəti taleyimizdir deyirdilər. Onlar bu işlə xalqın etirazlarının qarşısını almaq istəyirdilər.
2). Allahın alın yazısı.
Bu məna qəbul olunacaq qədər insanlar arasında özünə yer almışdır. Yəni bütün müvəffəqiyyətlər insanın çalışmağı ilə bərabər Allahın iradəsi ilə baş verir. Bu yerdə ictimaiyyətdə olan insanların istedadları böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə olan fərqlərin sirri də elə bundadır. NUR-AZ.COM


more post like this