Cavab: Allah Quranda bəzən bir işi həm özünə, həm də bir başqasına aid edir. Bəzən insanların canının öz tərəfindən, bəzən isə Əzrail tərəfindən alındığını bildirir (Zümər-42, Səcdə-11). Elə ayələr də var ki, insanın canının mələklər tərəfindən alındığı bəyan olunur (Ənam-61). Əslində hər üç tə bir məqbuldur. “Açar qapını açdı”, “əlim qapını açdı; özüm qapını açdım” təbirləri arasında ciddi bir fərq yoxdur. Çünki açar əlin, əl isə mənim ixtiyarımdadır.

Mümkündür ki, mələklər canı çıxarıb Əzrailə, Əzrail isə Allaha təhvil verir. Belə də ola bilər ki, adi insanların canını mələklər, yaxşı insanların canını Əzrail, övliyaların canını isə Allah alır.

 

http://sualcavab.ge

 

 


more post like this