Bu sualın cavabını daha ətraflı başa düşmək üçün bir neçə nöqtəyə diqqət etmək lazımdır:
1. Baxmayaraq bəşər elm vasitəsiylə bütün varlıqları dərk etməyə malik deyildir, amma İlahi övliyaların vəhy və qeyb xəbərləri vasitəsiylə bu varlıqlar haqqında məlumatları əldə etməyə malikdir və insanın məqam və hansı dərəcədə olduğunu dərk edir. Nümunə üçün bu rəvayətə diqqət edin: Abdullah ibni Sənan deyir İmam Sadiq (ə)- dan soruşdum mələklər şərəflidir yoxsa Adəm övladı (insan) o həzrət cavabında Əmirəl möminin Əli ibn Əbu Talibin (ə) sözlərini söyləyərək buyurdu: Allah mələklərdə ağıl qərar verdi amma şəhvət qərar vermədi, heyvanda şəhvət qərar verdi, amma ağıl vermədi, insanda isə ağlı şəhvətlə birlikdə qərar verdi; bəs əgər insanın ağlı onun şəhvətinə güc gələrsə mələklərdən üstün olar, amma əgər onun şəhvəti ağlına qələbə çalarsa heyvandan da aşağı olacaqdır”.[Vəsailüş- şiə, cild 15, səh 209.]
2. Bizim əqidəmiz bundan ibarətdir ki, Ayə və rəvayətlərdən insan barəsində verilən məlumatlar bundan ibarətdir ki, insan yerdə və göydə olan bütün varlıqların ən şərəflisidir. Bu da insanda olan xüsusiyyətlərə görədir ki, aşağıda onlara işarə edəcəyik:
A: İnsanın ilk xüsusiyyəti və onun üstünlüyünə səbəb olması İlahi ruha sahib olmalıdır ki, bu xüsusiyyət də yalnız insana məxsusdur; bəs “o zaman ki, yaradılışı sona çatdırdım öz ruhumdan ona verdim…”[Hicr surəsi, ayə 29.]
B: Mələklərin insan qarşısında səcdə etməsi: “O zaman ki, mələklərə dedik: Adəmə səcdə edin, hamısı səcdə etdilər yalnız..”[Bəqərə surəsi, ayə 34.]
C: Allahın yer üzündəki xəlifəsi və canişini başqa bir xüsusiyyətlərdəndir ki, digər varlıqlardan mələk, cin və… fərqlənir: “Yad et o vaxtı ki, sənin Rəbbin mələklərə dedi: Mən yer üzündə canişin yaradacağam…”[Bəqərə surəsi, ayə 30.]
D: İnsanın başqa bir xüsusiyyəti bundan ibarətdir ki, yaradılışdan məqsəd odur (insan). Başqa varlıqların yaranmasından məqsəd insanın ondan istifadə edib bəhrələnməsidir”. Yerdə və göydə olan hər bir şeyi sizin hakimiyyətinizdə qərar verdik”.[Casiyə surəsi, ayə 13.] “Ey Adəm övladı mən bu varlıqları sənin üçün yaratdım, səni isə özün üçün”.[Elmul- yəqin, cild 1, səh 381. Bəlkə də bu onun üçündür ki, insan ona malikdir ən aşağı mərtəbədən (təbiət aləmindən) uca bir məqama (Allaha doğru) yüksəlsin. Bu xüsusiyyət yalnız insana məxsusdur.
E: Bütün yaradılışın onda (insanda) xülasə olmas, həzrət Məhəmməd (s) bütün insanlar arasında bütün varlıqlar arasında mələklərə və hər bir varlığa üstün olmasına dəlalət edir.
Açıqladığınız bəhsləri nəzərə alaraq məlum olur ki, insan dünyada bütün varlıqların ən şərafətlisidir.
Amma insandan şərəfli bir məxluqun yaranması, baxmayaraq ki, olunmaz hesab olunmur, amma qəbul etmək də olmaz.
Bu cür açıqlamaq olar ki, Allah Taala Bəqərə surəsində insanın yaranması və mələklərlə olan söhbətlərdə buyurur:
«اذ قال ربک للملائکة انی جاعل فی الارض خلیفة»[Bəqərə surəsi, ayə 30.]
Yad et o vaxtı ki, Rəbbin mələklərə dedi: Yer üzündə xəlifə (bəşərdən) yaradacağam”.
Xəlifə kəlməsi Ərəb dilində ” الامام الذی لیس فوقه امام” yəni bir rəhbər ki, ondan yuxarı bir şəxs yoxdur.[Əl- muncid fi əl- lüğğət və Əl- əlam, səh 192, Xələf kəlməsi.]
Bəs bu mənaya diqqət etdikdə bunu dərk etmək olar ki, Allah- Taala mənasız bir kəlməsini (insanın tərifindən) başa düşüb bəhrələnmək üçün qərar verməz.
Bəs nəticə alırıq Allah Taala bu onun qabiliyyətini də bütün varlıqlar ki, həyatda vardır və ya yaranacaqdır üstün qərar vermişdir. Əgər Allah Taala iradə etsə ki, insandan şərəfli bir varlıq yaratsın, lazımdır ki, insanı öz xəlifəliyindən kənar etsin.
Bundan əlavə, həzrət Məhəmməd (s) və Məsumların (ə) yaranması (ki, bütün varlıqların yaranması üçün bəhanədir və onlardır ki, kamilliyin ən yüksək dərəcəsinə nail olmuşdurlar, odur ki, insanlıq qabiliyyəti onlarda tamamlanmışdır).
Bütün insanlar arasında ən şərəflisidirlər.
Bəs insandan şərəfli varlığın Allah tərəfindən yaradılması bir o qədər də qəbul edilən mövzu deyildir.

Sual: 237. Mən araşdırmalarım sayəsində həzrət Adəmdən (ə) qabaq yer üzündə cinlərin yaşadığı nəticəsinə gəlmişəm. Həmçinin, hər şəxsə (tayfa) yol göstərmək üçün bir peyğəmbər olduğunu oxumuşam. Lakin cinlər üçün heç bir cin peyğəmbər olmamışdır. Peyğəmbərlər yalnız insanlardan olmuşdur. Buna əsasən necə ola bilər ki, insandan qabaq heç bir peyğəmbər olmadan cinlər yer üzündə yaşamışlar? Bu təffəkkürün (Allaha pənah aparıram) Allahın rəhmət və ədalətindən uzaq olması baxımını aşılayır. Xahiş edirəm ətraflı açıqlayın.
Cavab: Quran-məciddə cinin varlığı təsdiq olunmuş və xüsusiyyətləri bəyan edilmişdir.
Baxmayaraq ki, cin barəsində məlumatımız məhduddur, bir çox sübutlar əsasında Adəmdən (ə) öncə cinlərin içində öz peyğəmbərləri olduğunu demək olar:
1. Cinlər insanlar kimi təklif və məsuliyyətə malikdirlər. Təklif və məsuliyyət təbliğ, qorxutma, ümidverməyə bağlıdır. Deməli, şübhəsiz Allah tərəfindən bu mühüm missiyanın icrası üçün cinlərə peyğəmbərlər gəlmişdir.
2. Cinlər insanlar kimi həşr-nəşr, məad, mükafat və cəzalanmaya məhkumdurlar. Mükafat və cəzalandırma höccəti tamamlamaqdan, bu da öz növbəsində peyğəmbərin gəlişindən aslıdır.
3. Bu Quran ayəsi:
“يَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَذَا…”
“Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?…” həzrət Adəmin (ə) yaradılışından öncəyə də aiddir.
4. Bir rəvayətdə həzrət Əli (ə) Şamlı bir nəfərin Allah-Taalanın cinlərə bir peyğəmbər göndərməsi haqqında verdiyi suala cavab olaraq buyurur: “Bəli, cinlərin peyğəmbəri onları Allaha tərəf çağıran Yusif adlı bir şəxs idi ki, cinlər vasitəsilə şəhid edildi.”

Sual: 238. İnsandan qabaq yer üzündə yaşamış cinlərin peyğəmbərləri olubmu və ya buna lüzum var idimi?
Cavab: Quran-kərimdə cinin varlığı təsdiq olunmuş və xüsusiyyətləri bu cür bəyan edilmişdir:
1. Cin insanın əksinə atəş şöləsindən yaranmışdır.
2. Elmə, idraka, haqq və batili ayırma qüvvəsinə, məntiq və isbat qüdrətinə sahibdir.
3. Təklif və məsulliyyətə malikdir.
4. Qiyamət günü və məada malikdir.
5. Onlardan bəziləri mömin və əməlisaleh, bəziləri isə kafir və müşrikdirlər.
6. Onlar asimana nüfuz etmək, xəbər əldə etmək qüdrətinə malik idilər ki, İslam peyğəmbərinin (s) besətindən sonra buna qadağa qoyuldu.
7. Cinlər bəzi insanlarla rabitə yaradır sahib olduqları məhdud gizli sirrlərini onlara çatdırmaqla doğru yoldan azdırırdılar.
8. Cinlərin arasında çoxlu qüdrətə sahib olanları mövcuddur.
9. Onlar insanların ehtiyac duyduğu işləri görmək qüdrətinə malikdirlər.
10. Onların yer üzündəki yaradılışı insanların yaradılışından öncə olmuşdur.
11. İnsanların məqam və heysiyyəti cinlərdən üstündür. Bu səbəbdən Allah İblisə, Adəmə səcdə etməyi əmr etdi. İblis cin nəslinin böyüklərindəndir.
Cinlərin peyğəmbəri olub-olmaması sualının cavabına gəlincə, cinlər üçün iki zaman kəsiyi; bəşər yaradılışından qabaq və sonra fərz olunur.
İkinci zaman kəsiyində; yəni insanın yaradılışından sonrakı insan və cinlər arasında ümumi zamanda (İslamdan qabaq və sonra) Quran ayələrinə əsasən cinlər də insanlar kimi insanlardan seçilən peyğəmbərlərə itaət etməyə borcludurlar. Buna görə də bir çox cinlər ilahi peyğəmbərlərə iman gətirmiş, bəziləri də onları inkar edərək kafir olmuşlar.
Amma birinci zaman kəsiyində; yəni bəşər yaradılışından öncə cinlərin hidayətindən ötrü peyğəmbərlər gəlmişdilərmi? Əgər gəliblərsə, cin nəslindən olublar ya yox? Cavabında deyirik: Həzrət Adəmin (ə) yaradılışından qabaq cinlər arasında cin nəslindən peyğəmbərlər olmuşdur:
Quran-kərim insan və cinin yaradılış hədəfinin übudiyyət və kamal olduğunu bəyan edirək buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”. Şübəhəsiz ki, übudiyyət və kamal məqamına yetişmək təklifsiz müyəssər olmur. Deməli, cinlər təklif sahibi idilər və buna Quranda şahidlik edir. Başqa bir tərəfdən Allahın cinləri mükəlləf edib amma təklifi, onun şəraitini onlara öyrətməməsi, rəhbər göndərməməsi mümkün deyil. Beləliklə, təklif peyğəmbərin gəlişinə bağlıdır, peyğəmbər gəlmədiyi təqdirdə təklif düzgün deyil.
Allah-Taala həkim və ədalətlidir. Adil və həkim olan kəs qəbahətli iş görməz. Bəs necə Allah buyurur: İnsan və cinləri vəzifələrində səhlənkarlıqlarına görə cəzalandıracağam: “Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!”. Allah peyğəmbər göndərmədən, höccəti tamam etmədən onları cəzalandırması mümkünmüdür? Sözsüz ki, cavab mənfidir. Çünki peyğəmbərsiz və höccətsiz mükəlləfi cəzalandırmaq qəbahətli, çirkin bir işdir. Əvvəldə dedik ki, hikmət sahibi qəbahətli, pis iş görməz. Cinlərdə bu ümumi qanuna aiddirlər. Bundan əlavə Quran buyurur: “Biz, (vəzifələrinin bəyanı üçün) peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”. Deməli, onlara peyğəmbərlər gəlmişdir.
“يَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَذَا…” “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?…”.
Bu ayənin məna və arqumenti aydın şəkildə dəlalət edir ki, cinlərin olduğu bütün zamanlarda, həzrət Adəmin (ə) yaradılışdan öncə və sonra, hətta İslamdan qabaq və sonrakı dövrlərdə onların peyğəmbəri olmuşdur. Bəşərin yaranışından qabaq peyğəmbərin öz nəsillərindən olması təbiiidir. Buna şahid olaraq başqa bir ayədə buyurulur: “إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خلَا فِيهَا نَذِيرٌ” “Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib-getməsin!”.
Bir rəvayətdə gəlmişdir ki, Şamlı bir şəxs həzrət Əlidən (ə) soruşdu: “Allah-Taala cinlər üçün peyğəmbərlər göndərmişdir?” İmam Əli (ə) cavabında buyurdu: “Bəli, Allah onların hidayəti üçün Yusif adlı bir peyğəmbər göndərmişdir. Amma cinlər onu şəhadətə yetirmişlər”. Bu rəvayət də cinlərin özlərinə məxsus peyğəmbərlərinin olmasına ən yaxşı sübutdur.
Beləliklə, dediklərimizə diqqət yetirməklə cinlərin təklif sahi


more post like this