İslam nəzərindən gözəllik iki qismdir:
Zahiri gözəllik və batini gözəllik. İmam Həsən Əsgəri (ə) buyurub: İnsanın üzünün gözəlliyi zahiri gözəllik əqlinin gözəlliyi batini gözəllikdir.
Həzrəti Əli (ə) buyurub: İnsanın gözəlliyi onun səbrində və dözümündədir. Yenə buyurub: İnsanın gözəlliyi onun vüqarında və aramlığındadır.http://kiril.islamquest.com/Printable/14648.ASPX – _edn3 O həzrət başqa yerdə buyurub: Möminin gözəlliyi onun vərə və təqvasıdır. Baxmayaraq ki, bu rəvayətlərdə gözəllikdən məqsəd batini gözəllikdir amma həmin bu batini gözəllik fikri başqalarının cəlb olmasına səbəb olur və nəticədə onlar insana yaxınlaşır.
Habelə çoxlu rəvayətlərdə o əməllər və işlər ki, insanın nuraniliyinə səbəb olur. sadalanıbdır o cümlədən:
Dəstəmaz: Rəvayətlərdə gəlibdir:
«الْوُضُوءُ عَلَى الْوُضُوءِ نُورٌ عَلَى نُور»
“Əlvuzuu ələl- vuzu nurun əla nur” dəstəmaz üstünə dəstəmaz almaq nur üstünə nurdur. Peyğəmbər (s) uzun bir hədisdə həzrəti Əli (ə)- a onun və işləri haqqında mühüm mətləblər bəyan edibdir o cümlədən buyurubdur: Ey Əli sən və sənin işlərin qiyamət günündə üzü ağ olacaqsız. Alimlər bu hədisin mənasında deyiblər ki, bu üzü ağlıq (Ğurrən- غُرّاً ) dəstəmazın nurundan alınmış üzü ağlıqdır və məqsəd budur ki, dəstəmazın nuru nəticəsində qiyamət günündə üzləri ağ olacaq.
Az yatmaq: Həzrət Əli (ə) buyurubdur: Üzün nuraniliyi gecənin hamısını yatmaqla ələ gəlməz. Yəni əgər bir şəxs istəyə üzü nurani olsun gərək gecənin bir yarısı oyanıb ibadət etsin.
Gecə namazı: İmam Cəfər Sadiq (ə) buyurub: Mən üzümün nurani olmasını istədim onu gecə namazında tapdım.
Namaz: Həzrət Əli (ə) buyurub: Namaz möminin nurani və izzətli olmasına səbəb olar.
Allahın köməyi: Həzrət Əli (ə) buyurub: Möminin üzünün nuraniliyi Allahın ona etdiyi yaxşılığa görədir. Buna əsasən əgər insan bir işlər görə ki Allahın köməyi ona yetişə nəticədə üzü nurani olacaq bunun üçün ən yaxşı işlər vacibatı yerinə yetirmək və haramlardan uzaq qalmaqdır.
Vərə: Həzrət Əli (ə) buyurub: Möminin nuraniliyi onun vərə və təqvasıdır.http://kiril.islamquest.com/Printable/14648.ASPX – _edn10 Çünki əgər insan təqvaya riayət etsə başqalarının gözündə gözəlləşəcək çünki bütün şəxslər təqvasız insanlar belə həqiqi təqvalıları sevirlər.


more post like this