Qurani-kərim «Əsr» adlanan kiçik bir surədə (“And olsun əsrə ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!”) təkidlə and içərək buyurur ki, dörd xislətə malik olmayan insan zi¬yan və bədbəxtlik içindədir. Onlardan birincisi iman, ikin¬¬cisi yaxşı əməl, üçüncüsü insanların bir-birini haqqa vadar et¬¬məsi, dördüncüsü insanların bir-birini səbrə, təmkinliliyə və möh¬¬kəmliyə təşviq etməsidir. Bunlar bəşəriyyətin xoşbəxtlik sa¬¬rayının dörd sütun və əsasıdır. Birinci əsas, yəni iman, insan hə¬¬yatının ən əsas və mühüm əsasıdır. İnsan insan olaraq iman¬sız xoş və rahat həyata malik ola bilməz. İnsanın hərəkət və fəa¬¬liyyətləri yeyib-içmək, yatmaq, qəzəb, şəhvət və müvəqqəti ləz¬¬zətlər çərçivəsindən nə qədər çıxırsa, dayaq nöqtəsinə möh¬tac¬¬dır. Həmin dayaq nöqtəsi olmasa, insanın hərəkət və fəa¬liy¬yə¬¬ti nə qaydasına düşər, nə də sevinc və rəğbətlə yoldaş olar. Am¬¬ma əgər biz hər hansı bir heyvanı, məsələn, atı və ya qo-yu¬nu, yaxud maralı nəzərə alsaq, onun «iman» adlandırdığımız şe¬¬yə ehtiyacının olmamasını görərik. Çünki həmin heyvanın iş-lə¬¬ri, hərəkət və fəaliyyəti məhduddur. Onun işi su içmək, ot¬la¬maq, atılıb-düşmək və bir də uzaq başı balasını saxlamaqdır. Bu əməllərdə onun bələdçisi, hərəkət amili və dayaq nöqtəsi tə¬¬bii və ibtidai instinktdir. O, acanda və ya susayanda heç bir şəkk-şübhə və tərəddüdə düşmədən ot və ya su dalınca gedir.

 

Əgər insanın da iş və hərəkətlərinin çərçivəsi təbii və fitri hə¬rə¬¬kətlərdə məhdudlaşsaydı, onun da işlərinin dayaq nöqtəsi yal¬nız ibtidai və təbii instinkt olardı. Lakin nə etmək olar ki, in¬sa¬nın zəruri iş və hərəkətlərinin əhatə dairəsi bunlardan çox-çox böyükdür. Çünki insanı heyvandan fərqləndirən ilk cəhət onun həyatının ictimai olmasıdır. İctimai həyat insanın baş¬qa¬la¬rın¬dan saysız-hesabsız qədər yararlanmasına səbəb olmuşdur. Bu¬na görə də sayəsində saysız-hesabsız faydalar əldə etdiyi cə¬miy¬yət qarşısında onun öhdəsinə bir sıra vəzifələr və mə¬su¬liy¬yət¬lər düşür. Boyuna düşən vəzifələrin yerinə yetirilməsi ictimai bir məsələ olduõu üçün daha burada instinkt və təbiət hökm sür¬mür və burada təbii işlərin yerinə yetirilməsindəki asanlıq və yün-güllük, ləzzət və şövq yoxdur. Burada insan çiyinlərində yal¬nız vəzifə və məsuliyyətin ağırlığını hiss edir və hətta hiss edir ki, bir çox hallarda həmin vəzifələrin yerinə yetirilməsi onun şəxsi istək, meyil və təbiətinə ziddir. Vəzifə və məsuliyyət on¬dan düzlük, əmanətdarlıq, fədakarlıq, insaf, ədalət, təqva, if¬fət, paklıq tələb edir, onun şəxsi təbiəti isə bunların əksinə ola¬raq, hökm edir ki, ləzzət və şəxsi mənafe üçün yalan danışsın, xə¬yanət və oğurluq etsin, fədakarlıq, insaf və ədalətdən boyun qa¬çırsın, kama çatmaq üçün təqva, paklıq və iffət libasını bu¬laş¬dır¬sın. Burada insan özünü öz təbiət və mənafeyinə zidd bir sı¬ra böyük qərarların qarşısında görür. Belə bir şəraitdə insanın ru¬hunu bu fəzilətlərə razı edən dayaq nöqtəsi olmasa, onun bu və¬zifənin öhdəsindən gəlməsi qeyri-mümkündür. Bu dayaq nöq¬təsi Qurani-kərimin bəşəriyyətin xoşbəxtliyi üçün qeyd et¬di¬yi dörd sütundan biri – imandır.

 

İkinci əsas və sütun yaxşı əməldir. Ola bilər ki, bəzilərinin ima¬nı olsun, amma onlar yaxşı əməl sahibi olmasınlar. İlk ba¬xış¬da bunun, yəni insanın imana malik olub imanın cil¬və¬lə¬rin¬dən olan yaxşı əmələ sahib olmamasının təsəvvür edilməsi bir az çətindir. Lakin təəccüb etmək lazım deyil. Çünki bəzən in¬san¬ların əsas prinsiplərə, Allaha, peyõəmbərlərə, səma ki¬tab¬la¬rı¬na və din övliyalarına etiqad və imanları olur, amma bəzi sa¬pı¬n¬tılar və səhvlər ucbatından belə güman edirlər ki, təkcə ima¬na malik olmaq yetərlidir və əməlin elə də əhəmiyyəti yoxdur. Ya¬xud ola bilər bəzilərinin əməlləri də olsun və həmin əməllər iman və etiqada əsaslansın, amma onlar əməlin müəy¬yən¬ləş¬di¬rilməsində səhv etmiş olsunlar. Yəni onlar iman və əqid¬ə¬lə¬ri¬nin hökmü ilə bir sıra işlər görsünlər, amma həmin əməllərin heç bir təsir və xeyiri olmasın. Çoxları ilə rastlaşırıq ki, əqidə və iman¬ları əsasında zəhmət çəkirlər, səy göstərirlər, lakin mənasız və boş yerə; onların həmin əməllərinin zərrəcə müsbət təsiri ol¬mur.

 

Bəşəriyyətin xoşbəxtliyinin üçüncü sütunu insanların bir-bi¬ri¬ni imana, həqiqətə və yaxşı işlərə təhrik və təşviq etməsidir. Cə-miyyətdə insanlar özlərinin imanının olmasından və yaxşı iş¬lər görmələrindən əlavə, həm də söz və əməlləri ilə bir-birini iman və yaxşı işlərə təşviq etməlidirlər. Cəmiyyət özünü elə for¬ma¬laşdırmalıdır ki, insanlar Allah eləməmiş yaxşı və xeyir iş¬lə¬rin təlqininin deyil, pis və pozõun təlqinlərin təsiri altında ol¬sun¬lar.

 

Dördüncü əsas, insanların bir-birini səbrə, təmkinli və möh¬kəm olmağa təşviq etməsi, həvəsləndirməsidir. Dövran həmişə in-sanların istəyinə uyğun olmur, hadisələr küləyi həmişə gə¬mi¬nin hərəkət istiqamətində əsmir. Buna görə də xoşagəlməz ha¬di¬sələr qarşısında möhkəm dayanmaq, müqavimət göstərmək la¬¬zımdır. İnsanlar, gərək, daim bir-birinə səbirli və möhkəm ol¬ma¬ğı tövsiyə etsinlər. Qurani-kərim buyurur: “Şübhəsiz, əgər (in¬¬sanlar haqq) yolda sabitqədəm olsalar, mütləq onları (Öz rəh¬mət dəryamızdan) bol su (maddi və mənəvi bərəkətlər) ilə si¬rab edərik”. (Cin, 16)

 

Mürtəza Mütəhhəri

http://sualcavab.ge

 


more post like this