Tövbə edib düz yola qayıdan və ibadətə başlayan adam, aşağıdakı işləri görməlidir (əlbəttə bu işlər bütün müsəlmanlar üçündür və təkcə ibadət əhlinə aid deyildir): 1- Libas, bədən və evini nəcasətdən təmizləməlidir (əgər qabaqlar murdar-təmizə riayət etməyibsə) 2- Evini ve malını haramdan təmizləməlidir (xüms və zəkat ödəməli və başqalrının haqqını özlərinə qaytarmalıdır) 3- Düzgün təharət almağı (qüsl – dəstəmaz – tualet) və onun şərtlərini bilməlidir 4- Namazın qaydalarını, düzgün oxumağı və onu batil edən şeyləri öyrənməlidir. 5- İslami əxlaqi normalara və islam qanunlarına əməl etməlidir.


more post like this